ABŞ prezidenti Polşanın dövlət başçısına Amerikanın Polşaya müdafiə və təhlükəsizlik sahəsində yardım edəcəyinə vəd verib
ABŞ prezidenti Polşanın dövlət başçısına Amerikanın Polşaya müdafiə və təhlükəsizlik sahəsində yardım edəcəyinə vəd verib. Bu gün Bronislav Komorovski ilə Ağ Ev görüşündən sonra Barak Obama deyib ki, iki ölkə arasında əməkdaşlıq özünü NATO və regional müdafiə planlarındakı tərəfdaşlıqda əks etdirir. Polşa prezidenti ABŞ dövlət başçısına Rusiya ilə silahların ixtisarına dair yeni sazişə dəstək verəcəyini bildirib. Cənab Komorovski Polşanın minilliklərlə mürəkkəb əlaqələrə malik olduğu Rusiya ilə bu sazişin daha firavan və daha təhlükəsiz gələcəyə zəmin yaratdığını deyib.