Barak Obama həftəlik radio müraciətini qadınların nailiyyətlərinə həsr edib

  • Amerikanın səsi

Barak Obama həftəlik radio müraciətini qadınların nailiyyətlərinə həsr edib

ABŞ prezidenti Barak Obama həftəlik radio müraciətini Qadın Tarixi Ayı olan mart ayında qadınların nailiyyətlərinə həsr edib. Ağ Evin hesabatına əsaslanan prezident deyib ki, araşdırmalar hələ də qadınların kişilərdən daha az məvacib aldığını göstərir. ABŞ dövlət başçısı bu göstəricilərin onu yeni ödəniş islahatları haqda qanun layihəsini təsdiq etməyə vadar etdiyini bildirib. Barak Obama deyib ki, qadınlar kişilərlə bərabər ali təhsil alır, lakin yoxsulluğa da onlar məruz qalır.