Amerika ateistlərinin yeni bayramı

Amerika ateistlərinin yeni bayramı

ABŞ-da Milad və Yeni il bayramları mövsümündə bir sıra xalqların nümayəndəsi öz dinlərinə uyğun bayramlar qeyd edir. Dinə inanmayanlar isə özlərini atılmış hesab edir. Amerikada bir qrup insan bu səbəbdən dünyəvi bayram yaratmaq qərərına gəlib. Humanlight adlanan bu bayram Miladdan iki gün əvvələ təsadüf edir. Humanistlər insan qüdərtinin aliliyinə inanır. Onlar dinin əleyhinə olmadıqlarını desə də, yer üzünü cənnətə çevirməyin vacibliyinə inanmadıqlarını deyirlər.

Milli Rəy Aradırma Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, amerikalıların 17 faizi heç bir dinə etiqad etmir. Digər bir sorğuya görə, universitetlərin birinci kurs tələbələrinin 25 faizi Allaha inanmır. Amerikanın Humanist Assosiyasiyasının bu göstərici durmadan artdığını bildirir. Son bir necə il ərzində heç bir dinə, Allaha və heç bir ilahi qüvvəyə inamadıqlarını deyərlərin sayı iki dəfə artıb.

Humanist Assosiasiyası bu il avtobus dayanacaqları, metro stansiyaları, televiziya və digər yerlərdə Riçard Dokinzin “Allahla aldanma ” adlı kitabını təbliğ edən reklamlar yayır.