Almaniyada futbol üzrə VI Dünya Cempionatı davam edir

Almaniyada futbol üzrə VI Dünya Cempionatı davam edir

Almaniyada FİFA-nın qadınlar arasında 6-cı futbol üzrə dünya çempionatı iyul ayının 17-dək davam edəcək. Dünyada 26 milyon qadın futbol oynayır və bu rəqəm artmaqda davam edir.

1999-cu ildə Birləşmiş Ştatlarda keçirilən dünya çempionatı qadın futbolçuların artmasına səbəb kimi göstərilir. 1997-ci ildən 2007-ci ilə qədər qadınlar arasında futbol yarışları iki dəfədən çox artıb.

Futbola yeniyetmə yaşlarından başlanılır və onlar burada böyüyürlər. Tatyana Heyni FİFA-nın qadınlar üzrə yarışlarına başçılıq edir. “Əgər 10 il, hətta 20 illə müqayisə etsək, bu gün biz böyük dəyişiklik olduğunu görərək. Mən düşünürəm hal-hazırda dünyada az yer tapılar ki, orada qadın futbolçuları olmasın.”

Cənubi Afrikada indi qış olmasına baxmayaraq, Pritoriya universitetindən TUKS komadasının oyunçuları məşq edir. Komadanın meneceri və sabiq oyunçu Tsakani Hlonqvani futbol oynayan Afrika qadınlarının imkanlarının artdığını deyir.

“Doğrudan da böyük dəyişikləliklər var,Qadın məşqçilər təbliğ edilir. İndi daha artıq qadın futbola cəlb edilir, hətta böyük şirkətlər belə sponsorluq etməklə furbolu tanıyır”.

Lakin pyunçu Qloria Thato Afrikada peşəkar qadın oyunçuların az olduğunu deyir. “Bəbarərlik yoxdur. Qadınlarla kişilərə münaibət eyini deyil. Düşünürəm ki, məhz bu səbəbdən qadın oyunçular arasında artım azdır”.

Birləşmiş Ştatlarda müxtəlif yaşlı qadınlar futbol oynayır.

Bett Menqi Vaşinqton yaxınlığındakı Merelend ştatında U-14 futbol komanasının məşqçisidir.“Bu bölgədə, xüsusilə Kolumbiya mahalında buna böyük həvəs var. Burada müxtəlif yaşlı qadınlar olmaqla, 70-80 futbol komandası fəaliyyət göstərir. Yeni başlayan hər komanda əvvəlkindən daha güclü olur. Biz U-14 komadasını U-13-dən əvvəldə saxlamağa çalışırıq və getdikcə məşqçilik və oyunçuluq təcrübəsi artıq”.

Merelend oyunçusu Anni Hesselbak futbola 4 yaşından başlayıb.

“Mən güclü komandalarla oyunmağı sevirəm. Bu səni daha yaxşı oynamağa və qalib gəlməyə sövq edir.”

İsveçdən Bilrəşmiş Ştatlar komadasının məşqçisi Pia Sandheyc Almaniyaya Dünya Çempionatına getməzdən əvvəl öz təəssüratları ilə bölüşüb. “Keçmişdən danışarkən onu deyə bilərəm ki, mən qız olduğum üçün futbol oynaya bilməzdim. Siz bilirsiniz ki, müxtəlif ölkələrdə qadının futbol oynamasına münasibət müxtəlif idi. İndi isə mən böyük irəliləyiş görürəm”.

FİFA 2009-cu ildən bəri daha çox uşağın idmana cəlb edilməsi proqramını həyata keçirir.