Bayden silahlara nəzarət qanunu üçün təzyiq göstərəcək

Yay mövsümünün başladığı vaxt ABŞ-ın böyük şəhərlərində silahlı zorakılığın azalmayacağının əlamətləri görünməkdədir. Bu da Co Bayden administrasiyasının hərəkətə keçərək, islahatlar həyata keçirməsinə səbəb olub.

Çərşənbə günü günorta saatlarından sonra Preziden Co Baydenin silahlı zorakılıqların azaldılması məqsədi ilə bir sıra qərarlar və icra əmrləri açıqlayaraq, Konqresi silah nəzarəti ilə bağlı qanunlarını qəbul etməyə çağıracağı gözlənilir.

ABŞ polisinin məlumatına əsasən, bu il təkcə Nyu-York şəhərində silahlı zorakılıqlar nəticəsində 194 qətl hadisəsi baş verib. Halbuki keçən ilin eyni dövründə 171 belə hal qeydə alınıb. İkinci böyük şəhər olan Los Ancelesdə bu rəqəm 121-dən 148-ə, ölkənin üçüncü ən böyük şəhəri olan Çikaqoda isə qətllərin sayı 296-dan 307-ə yüksəlib.

Zorakılıqların artmasının dəqiq səbəbləri sual altındadır. Kriminoloqlar pandemiyanı və Corc Floydun ölümülə bağlı baş qaldıran etirazları səbəb kimi göstərsə də, hüquq-mühafizə orqanlarının bir çox rəsmiləri Nyu-Yorkda ağır olmayan cinayətlər üçün məhkəməyə pul zəmanətinin verilməsini ləqv edən 2019-cu ilin son islahatlarını günahlandırır.

Lakin respublikaçıların artan zorakılığa səbəb kimi mütərəqqi kriminal siyasəti günahlandırmasına baxmayaraq, Bayden administrasiyası buna zorakılıqların qarşısını almaq istiqamətində təşəbbüslərlə cavab verir.

Keçən ay Baş prokuror Merrik Qarland zorakılıqların dayandırılması üçün icma iştirakının artırılması və məhkumluqdan sonrakı prosses üçün proqram təqdim edib.

Strategiya çərçivəsində həmçinin Ədliyyə Nazirliyi silah alveri dəhlizlərində qanunsuz odlu silahların hədəf alınacağı beş qrup yerləşdirəcək.

"Bəli, biz zorakılıqların mərkəzində silahlı zorakılıqların olduğunu və silahlardan istifadənin durduğunu düşünürük", Ağ Evin mətbuat katibi Cen Psaki çərşənbə axşamı jurnalistlərə bildirib.