Arnold Şvarzeneggerin ailəsindən kənarda xadiməsi ilə münasibətləri haqda danışıb

2011-ci ildə Arnold Şvarzeneggerin ailəsindən kənarda xadiməsi ilə münasibətləri və ondan uşağının olması xəbəri hər yerdə başlıqlara çıxmışdı.

Men’s Journal jurnalında “The Celebrity Apprentice” şousunun keçmiş aparıcısı onun Mariya Şriverlə 25 illik evliliyinə son qoyan münasibətləri haqda danışıb.

“Mən istədiyim qədər özümü cəzalandıra bilmərəm. Bu vəziyyəti dəyişməyəcək. Ona görə də hazırda başlıca məqsəd bundan sonra nə edəcəyini düşünməkdir. Övladlarımla münasibətimi yaxşılaşdırmaqdır” deyə Arnold bildirib.

Mariya və Arnoldun 4 övladı var və ayrılmalarına baxmayaraq onlar hələ də qanuni olaraq evlidir.

Şükürlər olsun ki, o və Mariya hələ də dost münasibəti saxlayır və ailəni özlərindən vacib hesab edir.