Yerevanda Macarıstana etiraz aksiyası keçirilib

Nümayişçilər Macarıstanın bayrağını yandırıb
Yerevanda 100-dən çox insan Macarıstanın 2004-cü ildə erməni zabitini öldürmüş azərbaycanlı leytenant Ramil Səfərovun vətənə ekstradisiya edilməsi qərarına etiraz olaraq şənbə günü nümayiş keçirilib. Etirazçılar aksiya zamanı Ermənistan bayrağını yandırıblar.

Cümə günü Macarıstan Ramil Səfərovu Azərbaycana ekstradisiya edib. Vətənə qayıdan kimi Ramil Səfərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilərək, azad edilib.

Ermənistan Macarıstanla əlaqələri kəsdiyini bildirir.

Ramil Səfərov Azərbaycana gəldiyi zaman Bakıda qəhrəman kimi qarşılanıb.

Macarıstan məhkəməsi 2006-cı ildə Ramil Səfərov erməni leytenant Qurqen Markaryanı yatdığı zaman öldürdüyünü etiraf etdikdən sonra onu ömürlük həbs cəzasına məhkum etmişdir.

Birləşmiş Ştatlar Macarıstanın Ramil Səfərovu ekstradisiya etmək qərarı ilə bağlı narahatlığını ifadə edib.