Exit-pollar Ermənistanda prezident Serj Sarkisyanın qələbə çaldığını göstərir

Ermənistanda prezident seçkilərində exit-pollar prezidenti Serj Sarkisyanın ikinci müddətə yenidən prezident seçildiyini göstərir. Serj Sarkistanın səslərin 60, onun əsas rəbiqi olan keçmiş xarici işlər naziri Raffi Hovannisyanın isə səslərin 30 faizini topladığı göstərilir. Ilkin nəticələrin çərşənbə axşamı məlum olacağı bildirilir.

Serj Sarkisyanın bazar ertəsi keçirilən prezident seçkilərində qələbə çalacağı gözlənilirdi. Seçkiyə bir neçə partiyanın namizədi qatılsa da, yarışlar olduqca gərgin şəraitdə keçib.

Seçkidə iştirak edən səkkiz namizəddən biri seçki yarışından çıxıb, digəri səsvermədə iştirakdan imtina edib, başqa namizəd isə səsvermədən imtina etməklə yanaşı, aclıq aksiyası elan edib. Prezidenltiyə namizədlərdən birinə qarşı sui-qəsd cəhdi olub, başqası isə cədhlə əlaqədar şübhəlini tanıdığına görə həbs edilə biləcəyindən ehtiyat edir. Qalan iki namizəd səsvermə başlamadan pozuntularda ittiham edilib.