Şarlotsvill hadisəsi terror aksiyası kimi qiymətləndirib

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Şarlotsvill hadisəsisi terrorizm kimi qiymətləndirib. H.R. Makmaster deyib ki, 32 yaşlı qadının öldürülməsi nifrət zəminində yol verilən bir terror aktıdır.

Daha əvvəl ABŞ-ın Ədliyyə Nazirliyi şənbə günü Virciniya ştatının Şarlotsvill şəhərində milli nümayiş zamanı insanların üzərinə maşın sürülməsi ilə bağlı mülki hüquqlar zəminində istintaqa başlayıb.

Baş prokuror Ceff Seşşin deyib ki, zorakılıqlar və ölüm halları ABŞ-ın qanun və ədalətinə başdan zərbədir. “Radikal vəhşilik və nifrət dəyərlərimizə ziddir və biz bunu qəbul etməyəcəyik” - deyə baş prokuror bildirib.

Prezident Donald Tramp da zorakılığı qınayıb.

Avqustun 12-də ağdərili millətçilər və ifrat sağçıların kütləvi aksiyası faciə ilə bitib.

Bu aksiyada yürüşlə etiraz edənlərin üzərinə maşın sürülüb. Nəticədə 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Polis maşının sürücüsü, 20 yaşlı Ceyms Aleks Fildsi şübhəli qismində saxlayıb.

Ona qarşı qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Şəhər meri Maykl Sinqer Twitter hesabında baş verənlərə görə təəssüfünü bildirərək, hələ də hadisə yerində aksiya keçirənləri evlərinə qayıtmağa çağırıb.

Bir neçə saat sonra yürüşün havadan monitorinqini keçirən vertolyotun qəzaya uğradığı bildirilib. Ağaclıq əraziyə dəyən vertolyotun pilotları qəza nəticəsində həlak olub.