Arılar dron tədqiqatçılarını ilhamlandırır [Video]

Your browser doesn’t support HTML5

Arılar dron tətqiqatçılarını ilhamlandırır

Arıların beyinləri kiçik olsa da, onlar müasir dövrün dronlarından daha çox iş görə bilir. Bu haqda Sussex Universitenin əməkdaşı Aleks Dyuvar məlumat verir.

"Tək bir toplayıcı arı ətraf aləmə çıxıb, güllərdən nümunələr toplayıb, yenidən evinə qayıdaraq bu məlumatları öz icmasının digər üzvləri ilə paylaşa bilmək bacarığına sahibdir.” - deyə, Aleks Dyuvar qeyd edib.

Dyuvarın sözlərinə görə, bu dərəcədə dərin öyrənmək bacarıqlarına sahib dronların böyük həcmli batareyaya ehtiyacı var.

"Əgər siz drona artıq çəki əlavə etsəniz, onu idarə etmək daha da çətinləşir. Layihənin arxasındakı ideya odur ki, böcəklərin xüsusilə bal arılarının müstəqil davranışlarındakı səmərəli strategiyalardan əhəmiyyətli şeylər öyrənə bilək.”

"Brains on Board" layihəsi intellektual dronlarda model kimi istifadə etmək üçün həşəratın beyin və davranışlarını öyrənir.

Sussex Biorobotika Universitetinin professoru Endi Filippides deyir ki, proqramçılar ətraf mühit xəritələrini arıların üsullarından istifadə edərək öyrənə bilərlər.

"Onlar ətraf mühitin öyrənilməsinə yardımçı olmaq üçün yuvanın yanında böyük şəbəkələr düzəldəcəklər. Bizim növbəti addımımız isə robota əldə etdiyi informasiyaları nəzərdən keçirərək və onu naviqasiya etmək üçün necə istifadə edə biləcəyini müəyənləşdirməkdir." - deyə Endi Filippides bildirib.

Layihə maşın öyrənmə və robotika sahəsindəki bioloq və mütəxəssisləri bir araya gətirib.

"Buna görə biz arıları geniş miqyasda öyrənirik. Buna görə də bizim neyronların ən alt səviyyəsində olanları qeyd edə biləcəyimiz virtual reallıq arenamız var. Bizim həmçinin yüksək miqyaslı radar, davranış və sinir qeydiyyatı təcrübələrimiz var ki, bu da daha sonra bizə modelləşdirmə təcrübəsini bir yerə toplamağımıza imkan verəcək." - Endi Filippides əlavə edib.

Komanda bir il ərzində müstəqil uçan robot dronu yaradacaqlarına ümid edir.