Malena Mard: Arif Yunusun humanist əsaslarla ev dustaqlığına buraxmasını alqışlayıram

Malena Mald

Avropa Ittifaqının Azərbaycandakı səfiri Malena Mard Arif Yunusun azadlığa buraxılmasını alqışlayır.

Onun bəyanatinda deyilir:

"Bakı Apelyasiya Məhkəməsinin tarixçi və insan hüquqları fəalı Arif Yunus barəsində qətimkan tədbirini dəyişdirib, humanist əsaslarla ev dustaqlığına buraxması qərarını alqışlayıram.

Bu, sevindirici hal və müsbət humanist əməldir ki, bu irəliləyişin davam edəcəyinə ümid edirəm.

Ümumiyyətlə, Aİ Azərbaycanla müvafiq dialoq və əməkdaşlığımızı daha da dərinləşdirməyə və onu genişləndirməyə hazırdır", o qeyd edib.