O 2 aprel mitinqi ilə əlaqədar həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib.
Penitensiar Xidmət Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılını anasının vəfatı ilə əlaqədar qısamüddətli azadlığa buraxıb. Vəkil Osman Kazımlı Amerikanın Səsi radiosuna bildirib ki, Arif Hacılı anasının dəfnində iştirak etmək üçün Zaqatalaya yola düşüb.
İki ay əvvəl A.Hacılının ağır xəstə olan anası ilə görüşmək üçün buraxılmasına icazə verilməmişdi.
A.Hacılı 2011-ci il 2 aprel mitinqi ilə əlaqədar həbs olunub və 2,5 il müddətinə azadlıqdan məhrum edilib. O, CM-in 233- cü maddəsi (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və ya onlarda iştirak etmə) ilə təqsirli bilinir. Amnesty İnternational təşkilatı onu vicdan məhbusu sayır.