Ariel Kohen: Rusiyanın məqsədi Türkiyəni kənarda saxlamaqdır

Your browser doesn’t support HTML5

Atlantika Şurasının baş elmi işçisi, Enerji, İnkişaf və Təhlükəsizlik Proqramının direktoru Ariel Kohen Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların mümkün regional riskləri, Rusiya və Türkiyənin maraqları və münaqişədə rolundan danışıb.

Amerikanın Səsi: ABŞ, Rusiya və Fransa tərəfindən atəşkəs çağırışlarına baxmayaraq, Ermənistan və Azərbaycan arasında döyüşlər intensivləşməkdə davam edir. Siz mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

Ariel Kohen: Belə görünür ki, Ermənistan qüvvələri ya Azərbaycanın hücumularının tükənməsinə çalışır, ya da ki, hücumları dayandırmaq və əks hücuma başlamaq üçün kifayət qədər gücə, atəş gücünə, hava müdafiə imkanlara malik deyillər. Lakin mən təkcə Qarabağda vəziyyətə deyil, onun xaricində böyük güclər - Türkiyə, Rusiya, Fransa, Avropa İttifaqı və Birləşmiş Ştatların iştirakına diqqət edirəm. Və əsas sual burada yaranır. Biz on illərdir Yaxın Şərqdə müharibələrin misalından bilirik ki, nəticəni müəyyənləşdirən yerlərdə vəziyyət deyil, böyük güclərin balansıdır. Vaxtı ilə döyüşləri, eskalasiyanı dayandıran Sovet İttifaqı və Amerika Birləşmiş Ştatları idi. Və mən xüsusilə də Rusiya və Türkiyəyə baxanda bunun prezident Ərdoğan tərəfindən çox riskli bir davranış olduğunu görürəm. O, Moskvanın öz təsir dairəsi hesab etdiyi əraziyə daxil olur.

Türkiyənin Azərbaycanı açıq şəkildə dəstəkləməsi ermənilərin Moskvaya üz tutub `kömək edin, müdaxilə edin` və s. kimi müraciət etməsinə imkan yaradır. Və əgər Azərbaycan bu hədəflər nə olursa olsun, sürətlə öz hədəflərinə çatmasa və onlar Bakı üçün daha üstün şərtlər və güc balansında Azərbaycanın daha güclü, Ermənistanın daha zəif olduğu dəyişikliyi tanıyan yeni bir razılaşmanı nəzərdə tutan və işğal olunmuş ərazilərdə bir-iki bölgənin yenidən Bakıya qaytarılmasını əks etdirən şərtlər əsasında döyüşləri dayandırsa, o zaman görəcəyik ki, Ermənistan bunu daha da uzadır, uzatmağa davam edir və Azərbaycanın qanı axır. Və bundan sonra sual yaranır ki, bunu necə dayandırmaq olar?

Sonrakı ssenari isə Azərbaycanın marağında deyil, çünki bu məqamda döyüşlər həftələrlə davam etsə və ermənilər Bakının diktə etdiyi şərtlərlə, ya da prezident Əliyevi yaxşı göstərən kompromisə getməsə, o zaman ruslar deyəcəklər ki, `biz Türkiyəni sıxışdırıb çıxarmalıyıq. Biz Qarabağa sülhməramlıları göndərməliyik, çünki siz həyata keçirmək istədiklərini edə bilməməsiniz.`

Mən vəziyyəti izləyərək Moskvadan bunu eşidirəm ki, Putin Paşinyana dərs verməyə çalışır, Əliyevə də döyüşləri davam etdirmək üçün bəlkə bir-iki həftə, üç həftə vaxt verməyə çalışır. Ona məqsədlərinə çatmaq üçün bir imkan verir. Və bu məqsədlərə nail olunmasa, mən sual verirəm ki, bundan sonra nə olacaq? Bundan sonrakı ssenari odur ki, Rusiya münaqişənin həllinə müdaxilə etməyə və Türkiyəni sıxışdırmağa çalışır.

Amerikanın Səsi: İki qonşu ölkə arasında donmuş münaqişə şəraitində qeyri-sabitlik Rusiyanı uzun müddətdir razı salırdı. Moskva ABŞ və Fransa ilə birlikdə atəşkəs çağırışlarına qoşuldu. Rusiyanın hazırkı hədəfləri nədir?

Ariel Kohen: Rusiyanın hədəfləri Türkiyəni kənarda saxlamaqdır. Burada söhbət Ermənistan və Azərbaycandan getmir. Rusiya bu müharibəni son Azərbaycan əsgəri, ya da son erməni əsgərinə qədər davam etdirməyə hazırdır. Onlar regionda öz hegemon mövqelərini saxlamaq istəyir. Onlar Türkiyənin heç bir şəkildə güdrətini, mövcudluğunu və hərbi gücünün hər hansı bir elementini bərqərar etməsini istəmirlər. Çünki başa düşürlər ki, Türkiyə bu münaqişədə rol oynasa, o zaman Abxaziya, Rusiya-Gürcüstan münaqişəsində də bir növ rol oynaya bilər. Və bu da Rusiyanın təşviq edəcəyi bir vəziyyət deyil.

Türkiyə və Rusiyanın maraqları Suriyada toqquşdu və bu, həmişə Rusiyanın xeyrinə olmadı. İdlibdə Rusiya tərəfindən dəstəklənən Suriya elementlərinin məğlub olduğu dron hücumunu gördük. Türkiyənin Liviyada Rusiya və Misir tərəfdarı general Həftərə qarşı Tripoli hökumətini dəstəklədiyini gördük. Bu, Rusiya və Türkiyə arasında Liviyadan iki min beş yüz kilometr Qarabağa qədər mövcud olan və mövcud olacaq bir qarşıdurmadır.

Bu münaqişələrə regional güclər, böyük güclərin rəqabəti, həm də tarixi kontekstdə baxmaq lazımdır. Rusiya və Türkiyə arasında daha bir müharibə olsa, bu, artıq 14-cü Rus-Türk müharibəsi olardı. Və bu müharibələrin əksəriyyətinin Türkiyə üçün yaxşı bitmədiyni bilirik.

Amerikanın Səsi: Hərbi münaqişənin regional riskləri nədir? Tammiqyaslı müharibənin qarşısını almaq mümkündürmü?

Ariel Kohen: Çox maraqlıdır. Çünki ermənipərəst və rusiyapərəst tərəflər deyir ki, əgər Azərbaycan uğur qazansa, erməniləri Qarabağdan sıxışdırsa və aydın şəkildə üstünlük əldə etsə və xüsusən də erməni şəhərləri hücum altında olsa və bu, baş verə bilər. Mən onu nəzərdə tuturam ki, Yerevan və ya başqa şəhərləri bombalamağa başlasa, bu, cənab Əliyev üçün tələ olardı. Amma əgər bu baş versə, çox güman ki, Ermənistan boru kəmərinə hücum edə bilər. Boru kəmərini partlatmaq üçün komando qüvvələri, ya zirehli texnika, nəqliyyat vasitələri, vertolyotlardan istifadə edə bilər. Onlar həmçinin Azərbaycanda əsas neft infrastrukturunu hədəf ala bilər və bu da münaqişənin eskalasiyasına səbəb ola bilər.

O zaman belə bir sual meydana çıxır ki, Türkiyə kollektiv təhlükəsizlik müqaviləsi ilə müdafiə olunan Ermənistanla və daha sonra Rusiya ilə qarşıdurma riskinə gedəcəkmi?

Ona görə də risklər var. Mən deyərdim ki, 50-50-dir, Qarabağdan və indi gördüyümüz məhdud müdaxilədən kənara çıxma ehtimalı təxminən 50-dən azdır. Amma kənara çıxsa, unutmayın ki, münaqişədə eskalasiyanın artması kimi bir şey var. Rusiya əvvəlki kimi havada üstünlüyə malik deyil. Lakin taktiki nüvə imkanları da daxil olmaqla, başqa sistemləri var. Mən bu barədə danışmaq istəmirəm, lakin Rusiya eskalasiya baxımından xüsusilə regionda üstünlüyə malikdir. Onlar Gümrüdə böyük bir hərbi bazaya və taktiki nüvə silahlarına malikdir.