Argentinada iqtisadi böhran səbəbilə insanlar daha az mal əti yeyir

Your browser doesn’t support HTML5

Argentinalıların əksəriyyəti kimi, 36 yaşlı stüardessa Sabrina Pozo da həftədə bir neçə dəfə ət yeyirdi. Lakin aprel ayından bəri artan inflasiya və Argentiyanın valyutası olan pesonun çökməsi səbəbilə o öz pəhrizində dəyişiklik etməyə məcbur olub.

Sabrina deyir ki, o, həftədə bir dəfə mal əti bişirərdi, amma bu çətin iqtisadi vəziyyətdə o, daha ucuz başa gələn toyuq bişirməyə başlayıb.

Əvvəllər həftədə bəlkə bir dəfə ət bişirərdim. Amma indi artıq ət bişirmirəm. Toyuq daha ucuz olduğu üçün, toyuq bişirirəm.
Sabrina Pozo

“Əvvəllər həftədə bəlkə bir dəfə ət bişirərdim. Amma indi artıq ət bişirmirəm. Toyuq daha ucuz olduğu üçün, toyuq bişirirəm” – Sabrina söyləyir.

Reuters xəbər agentliyi mal əti sənayesi ilə bağlı araşdırmasının və istehlakçılar, qəssablar və heyvandarlıq təsərrüfatı ilə məşğul olan insanlarla apardığı müsahibələt nəticəsində belə bir nəticəyə gəlib ki, Orta-sinif ailələrin masalarında mal ətinə artıq daha az rast gəlmək olur, çünki ölkə getdikcə daha da dərin iqtisadi böhrana doğru irəliləyir. Mal ətindən istehlakın azalması bu ilin axırı 44 faizə çatacağı gözlənilən inflasiya nəticəsində argentinalıların alıcıq qabiliyyətlərinin azaldılmasının ən bariz nümunəsidir.

Sorğuda iştirak edən argentinalılar deyib ki, onların əvvəlki qədər mal əti yeməyə imkanları yoxdur və tez-tez mal əti yerinə daha ucuz toyuq əti və makaron yeyirlər. Qəssablar Reutersə bildirib ki, son bir neçə ayda mal əti satışlarında kəskin azalma müşahidə olunur. Daxili istehlakçılardan asılı olan fermerlər isə deyib ki, onlar Argentinanın mal ətinin əsas xarici alıcıları olan Rusiya və Çinə artan ixrac səbəbilə hələ də ayaqdadırlar.

Argentinalıların bu vəziyyəti qəbul etmələri asan deyil. Çoxları mal əti yeməyi mədəni kimliklərinin bir hissəsi olaraq görür.

Mal əti

Argentinalılar son 60 ildə ət istehlakını yavaş-yavaş azaltsa da, onlar bütün dünyada ən çox ət yeyən millətlər arasındadır. Lakin sentyabr ayında ölkənin mal əti sənayesi palatası Ciccra-nın yaydığı statistikada yeni reallığın üstü açılıb. Belə ki, həmin ay ortalama illik ət istehlakı adam başına 49 kiloqrama enib.

Bu isə bir ay öncə ilə müqayisədə təxminən 17 faiz azdır. Ən mühümü isə odur ki, bu, son 60 ildə qeydə alınan ən aşağı mal əti istehlakı göstəricisdir.

Bu, populyarlığını itirən və 2019-cu ilin oktyabrında keçiriləcək seçkidə böyük rəqabətlə üzləşəcək prezident Maurisio Makri üçün mənfi haldır. Onun elektrik, su və qaz subsidiyalarına tətbiq etdiyi böyük kəsirlər ölkədə enişli-yoxuşlu iqtisadiyyat dövrünün qarşısını almağa yönəlsə də, argentinalılar üçün hər şeyi bahalaşdırıb. O, 2015-ci ildə onun qalib olmasına gətirib çıxaran orta-sinif seçiciləri arasında dəstəyi itirmək təhlükəsi ilə üzləşir.

Əvvəllər insanlar bir kilo və ya daha çox ət alırdı. İndi isə 30-40 faiz azalma var. Onlar artıq yarım kilo alırlar.
Qəssab Alsidez Benitez

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) verdiyi məlumata görə, ötən il argentinalılar uruqvaylı qonşuları ilə birlikdə dünya boyu ən çox ət istehlak edən ölkələr siyahısının başında idi. Steyklərdən tutmuş sosislərə kimi, ölkənin məhşur yüksək keyfiyyətli mal ətindən hazırlanan məhsulları kafe və restoranların menyularında yer alırdı.

Lakin təkcə sentyabr ayında ətin qiyməti avqust ayı ilə müqayisədə 9 faiz artıb, mal əti isə bir il öncə ilə müqayisədə 39 faiz bahalaşıb.

“Əvvəllər insanlar bir kilo və ya daha çox ət alırdı. İndi isə 30-40 faiz azalma var. Onlar artıq yarım kilo alırlar” -deyə, 41 yaşlı qəssab Alsides Benitez bildirib. O, Buneos Ayresin San Telmon məhəlləsindəki qəssab mağazasını bağlamağa məcbur qalacağından narahatdır.

İstehlakda kəskin azalma 2017-ci ilin sonundan 2018-ci ilin oratalarınadək son on illərin ən böyük quraqlığı səbəbilə çətinliklərlə üzləşən Argentinanın ət sənayesinə böyük zərbədir.

Ciccra-ya əsasən, ət sənayesinin satışlarının 86 faizi yerli bazardan asılıdır. Çin və Rusiyadan gələn böyük tələbat ət sənayesinə yerli bazardakı itkiləri kompensasiya etməyə yardım edib, lakin ixrac artsa da, satışların yalnız kiçik hissəsini təşkil edir.