Argentinada COVID-19-a bir milyondan çox yoluxma halı qeydə alınıb

Argentina bir milyondan çox təsdiqlənmiş COVID-19-a yoluxma halları ilə dünyada beşinci yerdədir.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi tərəfindən toplanan məlumatlar bu Cənubi Amerika ölkəsində 1 milyon 002 min 662 yoluxma halının qeydə alındığını göstərib. ABŞ-da 8,2 milyon, Hindistanda 7,5 milyon, Braziliyada 5,2 milyon, Rusiyada 1,4 milyon yoluxma halından sonra Argentina beşinci yerdədir.

Argentinadakı bir milyon koronavirus xəstəsindən 26 min 716-sı ölüb. Bu ölkədən alınan yeni rəqəmlər dünya boyu koronavirusdan ölənlərin ümumi sayını 1,1 milyona, yoluxanların sayını isə 40,4 milyona çatdırıb.

Reuters xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-da yerləşən Pfizer və Almaniyada yerləşən BioNTech əczaçılıq şirkətləri Yaponiyada eksperimental koronavirus peyvəndinin bir və ikinci mərhələrinin sınaqlarına başlayıb. Sınaqlara 20 ilə 85 yaş arasındakı 160 nəfərin iştirak edəcəyi bildirilib.

BMT-nin Uşaq Fondu COVID-19 peyvəndi üçün hazırlıq işləri çərçivəsində ilin sonuna qədər 500 milyon, 2021-ci ilin sonuna qədər bir milyard şpris yığacağını deyib.

BMT agentliyi koronavirus peyvəndini dəstəkləmək üçün bir milyard şpris ehtiyatı olduğunu, UNICEF-in peyvənd proqramları üçün satın almağı planlaşdırdığı 620 milyon şprisin buna əlavə olunacağını bildirib.

UNICEF-in icraçı direktoru Henrietta For dünya boyu milyardlarla uşağa COVID-19-a qarşı peyvənd edilməsinın "bəşər tarixindəki ən böyük kütləvi işlərdən biri olacaq və peyvəndlər hazır olan kimi bizim sürətlə hərəkət etməyimiz gərəkdir " deyib