Argentinada bir neçə gün davam edən güclü yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində azı 52 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib.
Rəsmilər La-Plata şəhərində 46 nəfərin, paytaxt Buenos-Ayresdə isə 6 nəfərin daşqınların qurbanı olduğunu bildirir.
Çərşənbə günü daşqınların La-Plata şəhərinə vurduğu zərərdən sonra Argentina prezidenti Kristina Fernandez insanlar və onların əmlakının qorunması üçün şəhərə əlavə polis dəstələri göndərilməsinə göstəriş verib.
Prezident eləcə də daşqınlardan zərər çəkənlərə yardım etməyə söz verib.
Hazırda Argentinanın Qırmızı Xaç təşkilatı təcili yardım işlərində hökumətə kömək edir.