Azərbaycanda siyasi motivli inzibati həbslər təcrübəsi yayılıb. Bu zaman saxlanma yerlərində həbs edilənlərlə pis rəftar halları olur.
Bu nəticə "Demokratik Təşəbbüslər İnstitutu"nun (DTİ) hazırladığı "Pis rəftar və saxlanma yerlərinin vəziyyəti ilə bağlı analiz" adlı araşdırma sənədində əksini tapıb.
Hesabatda 2018-ci il ərzində inzibati həbslər statistikası tədqiq edilir, 2011-ci ilin məlumatları ilə müqayisəli təhlil aparılır və 2011-2018-ci illər ərzindəki təmayüllər qeyd edilir.
Müəlliflər qeyd edir ki, 2011-2018-ci illərdə Azərbaycanda inzibati həbslərin sayı 3299-dan 8449-a qədər, yəni 2 dəfədən çox artıb.
Son 2 il ərzində fəalların həbslərinin 90 faizi polisə tabe olmamaq ittihamları ilə həyata keçirilib.Hesabatdan sitat
2018-ci ildə 8449 inzibati həbsin az 78-i siyasi motivli olub.
Son 2 il ərzində fəalların həbslərinin 90 faizi polisə tabe olmamaq ittihamları ilə həyata keçirilib.
Müəlliflər həmçinin icmal dövründə inzibati qanunvericiliyin sərtləşdirilməsi təmayülünə diqqət çəkir.
2013-cü il mayın 14-də qanunvericiliyə qəbul edilmiş düzəlişlərə qədər maksimum inzibati həbs müddəti 15 gün təşkil edirdisə, indi bu göstərici üç aya qədər uzadılıb.
SEE ALSO: "Döyülməkdən əynimdə paltar da qalmamışdı"Hesabatda vətəndaşların heç bir əsas olmadan polis bölmələrinə aparılması təcrübəsinin yayıldığı qeyd edilir. Məhkəmələr ədalətli araşdırma aparmadan, yalnız polisin rəyi əsasında saxlanılan şəxsləri inzibati həbslərə məhkum edir.
DTİ həmçinin inzibati qaydada həbs edilən şəxslərin saxlanma yerlərinin beynəlxalq standartlara uyğun olmamasına diqqət çəkir.
Həbs edilənlər polis tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalırlar.
Çox vaxt onlar vəkillə təmin edilmir, təyin edilən müdafiəçiləri isə polis orqanlarının sifarişi ilə hərəkət edir. Həbs edilənlərə qəzet verilmir, onlar normal tibbi müayinədən keçirilmir. Telefon danışığı və görüş hüquqları təmin edilmir.
Bəzi hallarda isə həbs edilənlər hətta işgəncəyə məruz qoyulur. Bu zaman işgəncə ilə bağlı şikayətlər nə yuxarı hüquq-mühafizə orqanları tərəfindən, nə də məhkəmələr tərəfindən araşdırılmır.
SEE ALSO: AXCP fəalı 30 sutka həbs edilibOmbudsman institutu isə illik hesabatlarında ilkin saxlanma yerlərində, təcridxanalarda və həbsxanalarda işgəncə faktlarını inkar edir.
Həbs edilən fəallar da fiziki və psixoloji təzyiqdən şikayət edir.
Bundan başqa, fəallar saxlanma yerlərində qarşılaşdıqları problemlər arasında keyfiyyətsiz qida verilməsini, hamamda çimmək imkanından məhrum edilmələrini, gün ərzində yatmağın qadağan edilməsini və s. göstərir.
Avropa İnsan Hüuqları Məhkəməsinin 21 qərarında Azərbaycanda fəalların etiraz aksiyalarında iştiraka və ya iştirak etmək niyyətinə görə həbs edildikləri əksini tapıb.Hesabatdan sitat
Avropa İnsan Hüuqları Məhkəməsinin 21 qərarında Azərbaycanda fəalların etiraz aksiyalarında iştiraka və ya iştirak etmək niyyətinə görə həbs edildikləri əksini tapıb.
Sonda sənəddə tövsiyələr yer alır.
- Xüsusən, daha yüngül inzibati cəzalar tətbiq etmək, məsələn, xəbərdarlıq etmək tövsiyə olunur.
- Vətəndaşlar və polis arasında etimad yaratmaq üçün polis orqanlarında əsaslı islahatlar həyata keçirilməlidir.
- Məhkəmə təhqiqatları ədalətli mühakimə prinsiplərinə və Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə uyğun şəkildə aparılmalıdır.
- Vətəndaşlar siyasi fəaliyyətlərinə, mitinqlərdə iştiraka görə polisə çağırılma, saxlanılma və həbslərə məruz qalmamalıdırlar. Saxlanılan şəxslərin seçdikləri vəkil və ailələri ilə dərhal əlaqə yaratmasına imkan verilməlidir.
SEE ALSO: AXCP-nin iki fəalı həbs edilib- Saxlanılan şəxslərə fiziki və psixoloji təzyiq təcrübəsinə son qoyulmalıdır.
- Həbs edilənlərin saxlanma şəraiti və qida keyfiyyəti yaxşılaşdırılmalıdır.
- İşgəncə faktları ətraflı araşdırılmalı, təqsiri olanlar cəzalandırılmalıdır.
- Ombudsmanın hesabatında işgəncə və pis rəftar faktları haqqında ayrıca bölmə olmalıdır.
- AİHM-nin qanunvericiliyə dəyişikliklər edilməsi və təcrübi addımlar atılması ilə bağlı qərarları qeyd-şərtsiz yerinə yetirilməlidir.
Öz növbəsində Azərbaycan hökuməti ölkədə fundamental hüquqların tam təmin edildiyini və insanların qanun qarşısında bərabər olduğunu bildirir. Dövlət rəsmiləri bir qayda olaraq insan hüquqları ilə bağlı tənqidləri qəbul etmir, qərəzli sayır.
Bununla yanaşı, yerli hüquq müdafiəçiləri 100-dən çox insanı siyasi məhbus kimi tanıyıb. Amnesty İnternational (Beynəlxalq Əfv) təşkilatı Azərbaycanda ondan çox insanı “vicdan məhbusu” elan edib.
"Demokratik Təşəbbüslər İnstitutu" QHT 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən demokratik təşəbbüslər yolu ilə Azərbaycanda açıq cəmiyyət qurulmasına yardım məqsədilə təsis edilib. DTİ-yə keçmiş MSK üzvü Akif Qurbanov rəhbərlik edir. O, çoxsaylı pozuntularla əlaqədar 13 oktyabr 2013-cü il prezident seçkiləri haqqında yekun protokolu imzalamayan yeganə MSK üzvü idi.