Ərəb baharının 7-ci ildönümü

Tunisdə həmkarlar ittifaqları və siyasi partiyalar artıq bir həftədir aksiyalar keçirir

Tunisdə Ərəb baharının 7-ci ildönümü münasibəti ilə həmkarlar ittifaqları və siyasi partiyalar artıq bir həftədir aksiyalar keçirir. Aksiyalar bu Şimali Afrika ölkəsində sosial və iqtisadi narazaılıqların artmasına yol açıb.

7 il öncə baş qaldıran etirazlar 23 il hakimiyyətdə olan prezidenti Zinə Əl-Abidin Ben Əlinin hakimiyyətdən devrilməsi ilə nəticələnmişdi.

Hazırkı nümayişlər zamanı 7 il öncə səsləndirilən "İş, Azadlıq və Ləyaqət " şüarı nümayişlərdə yenidən səsləndirilib.

"İnqilab həyatımıza konkret heç bir şey gətirmədi. Əksinə, hər gün durumumuz pisləşməkdədir. Siyasətçiləri yalnız öz komfortları düşündürür. Biz deyil" - deyə, Fatma Ben Həssin adlı nümayişçi bildirib.

Şənbə günü hökumət yoxsul ailələrə 70.3 milyon dollar ayrıldığını bəyan edib.

Ölkə prezidenti Beji Kaid əs-Sebsi Tunisin paytaxtındakı yoxsul məhəllələrə baş çəkməlidir. Prezident mədəniyyət mərkəzinin açılışında nitq söyləyəcək.

2011-ci ildə üsyanın baş qaldırdığı Sidi Buzid bölgəsində yüzlərlə nümayişçi küçələrə çıxıb.

Qiymətlərin artımı qəzəblərin armasına səbəb olub.

Paytaxt Tunis və ölkənin digər bölgələrinə tərhlükəsizlik qüvvələri yerləşdirilib. Nümayişçilər inflyasiya və vergilərin artırılmasına qəzəblərini bildirib.

Hökumət bu ay vergilərin artırılmasına dair qərar qəbul edib. Zorakılıqları qınayan hökumət insanların tələblərinə qulaq asacağını bildirib.