ABŞ ara seçkilərindəki "qorxu amili" [Video]

Your browser doesn’t support HTML5

Konqresə seçki reklamlarında qorxu faktoru

Ən son rəy sorğuları göstərir ki, qarşıdan gələn 4 noyabr Konqres, ştat və yerli bələdiyyə seçkiləri ərəfəsində seçicilər arasında narahatlıq yaşanır. Gallup sorğusunun nəticələri göstərir ki, amerikalılar düşünürlər ki, ölkənin üzləşdiyi ən vacib 10 məsələyə ebola virusu, İraq və Suriyada fəaliyyət göstərən İslam Dövləti militantlarının yaratdığı təhlükə daxildir. Bəzi Respublikaçı namizədlər amerikalıların Demokrat prezident Barak Obamanın rəhbərliyi altında təhlükəsizliklərinin qorunmasını sual altına alırlar. Bir neçə Demokrat namizəd isə Respublikaçıları ebola qorxularının qabardığı bu dövrdə səhiyyəyə ayrılan vəsaitlərin azaldılmasında günahlandırırlar.

Təbii ki, bu xəstəlik qorxuncdur, lakin mən bizim səhiyyə sistemindən qorxmuram

Amerikalıları qorxudan xarici xəbər artıq Amerika sahillərinə yol tapıb. ABŞ-da ilk ebolaya yoluxma halları qeydə alınıb.

İslam Dövləti tərəfindən üç amerikalı və britaniyalı yardım işçilərinin və jurnalistlərin başları kəsilib.

Gallup Sorğusu nümayəndəsi Frənk Nyuportun sözlərinə görə, İslam Dövləti cihadçıları tərəfindən bu təhlükə namizədlər üçün seçki mövzusuna çevrilib.

“Hazırda İslam Dövlətinə qarşı hərbi əməliyyatlar haqqında amerikalılara sual verəndə, onlar bu hadisənin vacib ola biləcəyini bildirirlər. Senata bəzi namizədlər də, hər bir siyasətçi kimi, bu haldan sui istifadə edirlər.”

Respublikaçı tərəfdaşlar televiziya reklamlarından istifadə edərək hazırkı Demokrat senatorları prezident Obama ilə əlaqələndirlər və onları milli təhlükəzilik məsələlərində zəif olmaqda ittiham edirlər.

Demokratların əleyhinə olan bəzi Respublikaçı yönümlü elanlar bir-birindən ayrı İslam Dövləti terroristləri və qeyri-leqal immiqrasiya məsələlərini birləşdirərək qaranlıq mənzərə yaradırlar.

Demokrat tərəfdaşlar isə ebola reklamlarından istifadə edərək Respublikaçı namizədləri dövlət büdcəsinin xərclərini azaltmaqda günahlandırırlar.

Ebola ilə bağlı sualları cavablandıran ölkə paytaxtına gəlmiş müsafirlər Virciniyalı Meri Hutar və Cənubi Karolinalı Frənk Vaymın virusla bağlı qarışıq hisslər keçirdiklərini bildiriblər.

“Mən bunun böyük bir problemə çevriləcəyini düşünmürəm - təbii ki, bu xəstəlik qorxuncdur, lakin mən bizim səhiyyə sistemindən qorxmuram.”

“Mən artıq narahat olmağa başlayıram. Hələ ki qorxmuram, və düşünürəm ki, biz hər şeyi həll edə biləcəyik.”

Qorxuducu reklamlara baxmayaraq, əksər amerikalılar bildirirlər ki, bu seçkilərdə ən vacib məsələlər iqtisadiyyat, işsizlik və hökümətdən narazılıqdır.