Ağ Ev federal işçilər üçün peyvəndi icbari etməyi nəzərdən keçirir

Ağ Ev federal işçilərdən koronavirusa qarşı vaksinasiya olunmalarına dair dəlil göstərməyi, əks halda mütəmadi test nəticələri təqdim etməklə maska taxmağı tələb etməyi ciddi şəkildə nəzərdən keçirir. Potensial olaraq bu məsələdə siyasətdə ciddi dəyişikliyə səbəb daha yoluxucu delta variantının yayılması ilə bağlı artan narahatlıqlardır.

Ərazilərində yoluxma nisbətindən asılı olmayaraq federal əməkdaşlar üçün mümkün peyvəndləmə məcburiyyəti Bayden administrasiyasının nəzərdən keçirdiyi seçimlərdən biridir. Bunu adının açıqlanmasını istəməyən şəxs bildirib. Ağ Evin son qərarı bu həftə sözügedən siyasətlə bağlı araşdırmasını tamamladıqdan sonra elan edəcəyi gözlənilir.

Federal İdarəetmə və Büdcə Bürosunun analizinə görə, 2020-ci ildə hərbi xidmətdə olanlar da da daxil olmaqla, federal işçilərin sayı 4.2 milyondan çox olub.

Prezident Co Bayden çərşənbə axşamı bu mandatın bütün federal işçi qüvvəsinə şamil ediləcəyinin "nəzərdən keçirildiyini" bildirsə də, ətraflı məlumat verməyib. Bazar ertəsi Veteranlarla İşlər üzrə Departament səhiyyə işçiləri üçün peyvənd tələb edən ilk federal təşkilat olub.

Nəzərdə tutulan daha geniş tələb koronavirus yoluxmalarının artması və peyvənd olunmuş amerikalılar arasında delta variantının yayılması və artan infeksiyaların təsiri ilə ölkə daxilində xəstəxanalara yerləşdirilmə ilə əlaqədar bu həftə Bayden administrasiyası tərəfindən ən əhəmiyyətli dəyişiklik olacaq.

Çərşənbə axşamı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi maskalanma qaydalarını geri qaytarıb. Qurum koronavirusa yoluxma nisbətinin çox və ya yüksək olduğu bölgələrdə yaşayan bütün amerikalıların peyvənd vəziyyətlərindən asılı olmayaraq qapalı yerlərdə maskalar taxmalarının lazım olduğunu bildirib.

Çərşənbə axşamı günortadan sonra CDC-nin ən son məlumatlarına əsasən paytaxt Vaşinqtonda əhəmiyyətli dərəcədə yoluxma nisbətlərinin artmasının müşahidə olunması ilə Ağ Ev işçilərindən çərşənbə günündən etibarən qapalı yerlərdə maskadan istifadə yenidən başlayır. Mətbuat nümayəndlərinin və Ağ Evdə qalan işçilərin, müxbirlərin bu qaydalara riayət etmələri bildirilib.