Ağ Ev koronavirus paketi ilə bağlı əlavə danışıqlara açıq olduğunu bildirir

Ağ Ev müxalif demokratlarla koronavirus yardım paketi ilə bağlı əlavə danışıqlara açıq olduğunu və razılaşma əldə etmək üçün daha çox pul xərcləmək istədiyini bildirib.

Maliyyə naziri Stiven Mnuçin CNBC-yə verdiyi müsahibəsində "masaya daha çox pul qoymağa hazırıq. Prezident sərf etməli olduğumuz məbləği xərcləməkdə qərarlıdır" - deyə, bildirib.

Donald Tramp

Prezident Donald Tramp avqustun 8-də milyonlarla işsiz amerikalıya vaxtı keçmiş müavinətlərin bir hissəsini və bir çox işləyən amerikalı üçün əmək haqqı vergisini təxirə salmaqla bağlı qərar imzalayıb.

Prezident Twitter şərhində "beləliklə, indi Şumer və Pelosi razılaşma əldə etmək üçün görüşmək istəyirlər. Bunun necə işlədiyi heyrətləndirən deyilmi? Son 4 həftə ərzində sərt tədbirlər tərəfdarı ikən uğursuz demokratların idarə etdiyi ştat və şəhərlərə YAXŞI PUL istəyirdilər? Telefon nömrəmi bilirlər!” , bildirib.

Bazar ertəsi günü MSNBC-yə danışan Pelosi Trampın əmrlərini "illüziya" adlandıraraq, onun səylərinin insanlara kömək məqsədi daşımadığını, əksinə birjanın inkişafına yönəldiyini deyib.

"Uşaqlarımızı dolandırmaq üçün tərəfsiz olmalıyıq. İnsanların pandemiyaya tutulduğuna görə qovulmasına kiminsə tərəfdardarı olmaqla icazə verməyəcək" , Pelosi əlavə edib.

Nensi Pelosi

Keçən həftə danışıqlar nəticə vermədikdən sonra Şumer və Pelosi demokratlar tərəfindən idarə olunan Nümayəndələr Palatasının təsdiqlədiyi 3,4 trilyon dollarlıq koronavirus yardım paketini 1 trilyon dollar kəsməyə hazır olduqlarını bildirib. Ağ Evin eyni zamanda 1 trilyon dollarlıq sövdələşmə ilə bağlı çağırışını ən azı 2 trilyon dollara qədər artırmalı olduğunu desələr də, Tramp rəhbərliyi bundan imtina edib.

Maliyyə naziri Tramp administrasiyasının daha çox pul xərcləməyə hazır olduğunu, lakin "hədsiz miqdarda vəsait xərclənməsinin mənasız olduğunu bildirib.

Mnuçin deyib ki, tərəflər xüsusilə ağır zərbələrə məruz qalan müəssisələr üçün daha çox pul ayrılması, yetkin amerikalıların əksəriyyətinə 1200 dollarlıq iqtisadi stimullaşdırma çeki göndərilməsi, etibarlı şəkildə açılmaları məktəblərə və xəstəxanalar yardım göstərilməsi, koronavirus ilə mübarizə üçün vaksinlərlərin inkişaf etdirilməsi barədə razılıq əldə edib.

Stiven Mnuçin

Demokratlar fedral hökumətin işsizlik təzminatını həftədə 600 ABŞ dollarolmasını tələb edirdi. Lakin Tramp bu məbləği 400 dollara endirərək, əlavə 100 dolların ştatların ödəməli olduğunu bildirib.

Şumer Senatın respublikaçı üzvlərini Nümayəndələr Palatasının koronavirus yardımı haqqında qanunvericiliyini qəbul etdikdən sonra aylardır heç bir tədbir görməməkdə günahlandırıb və prezident Trampın işsizlərə yardım qərarlarının yararsız olduğunu deyib.

Prezident eyni zamanda, 2020-ci ilin sonunadək ildə 100 000 dollardan az qazanan işçilər üçün 7.65% əmək haqqı vergisini dayandırıb. Bu, vergi ödəməyən işsizlərə şamil edilmir.

Vergilərdən yaşlı amerikalılar üçün pensiya və səhiyyə xidmətlərini maliyyələşdirmək üçün istifadə olunur. Konqres vergilərin ləğvi haqda qərar verməsə, nəticədə vergilər geri qaytarılmalıdır.

Tramp bundan əlavə tələbə krediti ödəmələrinin təxirə salındığını və federal kreditlərə sıfır faiz tətbiq edildiyini və evlərindən çıxarılma təhlükəsi altında olan kirayəçilərin ödənişlərinin dayandırıldığını bildirib.

ABŞ-da pandemiyaya yoluxma halları nəzarətsiz olaraq qalır. Avqustun 9-da ölkədə təsdiqlənmiş yoluxma halları 5 milyona çatıb və ölənlərin sayı 163 mindən çoxdur. Bu, dünyada ən yüksək rəqəmdir.