Dünyadan görüntülər

Hindistanda müsəlman işçi Ramazan ayında şirniyyat hazırlamaq üçün qurumaq üçün asılan vermişellərin altında cümə namazı qılır. 

Berlində hotel və restoran sahiblərinin koronavirus səbəbilə üzləşdikləri çətin vəziyyətə diqqət yönəltmək üçün Brandenburq qapısının önündə boş stullar yerləşdirilir. 

Tailandda üzünə maska taxmış müsəlman evinin qapısından baxır. 

Buenos Ayresdə yerləşən Villa Devoto həbxsanasının məhbusları rəsmilərin koronavirusun həbsxanada yayılmasının qarşını almaq üçün kifayət qədər səy göstərməməsinə etiraz edir. 

Bosniya və Herseqovinada üzgüçülük üzrə rekorda sahib İman Avdiç babasının həyətindəki istixanada quraşdırdığı kiçik plastik hovuzda üzərək öz formasını qoruyur.

NASA və Avropa Fəza Agentliyinin Hubble Space Teleskopunun çəkdiyi şəkildə uludzların yaranması əks olunub. 

Yaponiyada insanlar maskalarda gəzir. 

Məkkədə Məscidül-Həram və Əbrəc Əlbeyt Qüllələrinin Ramazan ayının ilk günündə havadan çəkilmiş görüntüsü. 

Hindistanda bir kişi insanları koronavirusla bağlı maarifləndirmək üçün hinduların ölüm tanrısı Yamarac kimi bəzənib. 

Praqda mağaza sahibi mağazanı açmadan öncə məhsulları yerləşdirir. 

Uşaqlar Hindistanda isti gündə məbəddəki suyu boşaldılmış hovuzun içində gəzir.