Günün fotoları

Alman Kansleri Angela Merkel Berlində koronavirus pandemiyasının qurbanlarının xatirəsinin anımı mərasimində, 18 aprel, 2021.

 

Pakistan - Qadağan olunmuş islamçı Tehreek-e-Labiak partiyasının tərəfdarları yolu bağlayıb, partiya lideri Saad Rizvinin Lahor şəhərində həbs olunmasına etiraz edərək şüarlar səsləndirir.

Britaniya - Kraliçası II Elizabet mərhum həyat yoldaşı Şahzadə Philipin tabutunun Vindsor qəsri ərazisində aparıldığı zaman avtomobildən mərasimi izləyir, 17 aprel, 2021.

Britaniya - Mərhum Şahzadə Filipin tabutu Vindsor qəsrində Müqəddəs Corc kilsəsinə gətirilir, 17 aprel, 2021.
 

Myanma - İnsanlar Yangon şəhərində Milli Birlik Hökumətinə dəstək olaraq yürüş keçirir.

İsveçrə - Sen Krua şəhərində koronavirusa qarşı qoruyucu tədbir vasitəsi olaraq maskalı insanı əks etdirən heykəl qoyulub.
 

İtaliya - Romada maskalı teatr işçiləri hökumətin COVID-19-a yoluxmalar fonunda sənətçilərin işə qayıtmasına icazə verməsinnə çağıran nümayişdə iştirak edirlər.

İspaniya - Lezo şəhərində Bask qənnadı işçiləri assosiasiyasının üzvləri Pikassonun "Gernika" rəsminin natural ölçüdə şokolad versiyası üzərində işləyir.

Almaniya - Baltik dənizi sahilində Travemündedə günəşin çıxmasını izləmək üçün oturacaqlar yerləşdirilib. 
 

Fransa - Kambre yaxınlığında fermer tarlada kartof əkir.

Dünyadan görüntülər