Dünya fotolarda

Çin Xalq Azadlıq Ordusu Pekində Nigeriya prezidenti Muhammadu Buharini qarşılama mərasiminə hazırlaşır. 
 

 

Britaniya baş naziri Deyvid Kameron Şahzadə Harrinin Tunisdə Bardo Mudeuma hücum zamanı həyatlarını itirənlər üçün Londonda Vestminster abbatlığında keçirilən anma mərasimində çələng yerləşdirməsini izləyir.

Balaca qaçqın oğlan Yunanıstanın Makedoniya ilə sərhədində topun üzərində oturub. 

Rəqqaslar ənənəvi təqviminə əsasən Yeni İli qeyd etmək məqsədilə Naypyidada Prezident Sarayında keçirilən Myanma Su Festivalında rəqs edirlər. 

Paraşütçü cənubi Almaniyada Burglengenfelddə bir sahəyə enir. 

Lahorda pakistanlı satıcı sata bilmədiyi şarlarla birgə evinə dönür. 

Hindistanda Allahabadda Qanq çayının sahilində toz fırtınası ilə qarşılaşmış insanlar

ABŞ Hava Qüvvələrinin Pilot Məktəbi T-38C süpersonik sürətlə günəşin önündən keçərək, zərbə dalğaları yaradır. Bu dalğaların şəkilləri araşdırmada istifaə üçün çəkilib. 

Braziliyada impiçment komitəsinin üzvləri prezident Dilma Russefin impiçmenti ilə bağlı səsvermədən sonra bayram edir. 

Əfqan oğlan Qəndəhar vilayətinin Jari rayonundakı lalələr əkilmiş sahədən keçir. 

Fəallar Panama Sənədlərinin açıqlamasından sonra Avropa Komissiyasının Brüsseldəki qərargahının önündə nümayiş keçirir. 

İsveçrəli tennis oyunçusu Rocer Federer Monakoda keçirilən Monte Karlo Tennis Turnirində ispaniyalı Qiyyermo Qarsia Lopezlə oynayır.

Fransanın şimalında yerləşən Berk sur-Mer-də 30-cu Beynəlxalq Çərpələng Festivalı 

İsraildə Ölü dənizində istirahət edən turistlər