Apple şirkətinin direktoru istefa verdi

Apple şirkətinin direktoru istefa verdi

Apple şirkətinin həmtəsisçisi və icraçı direktoru Stiv Cobsun istefası xəbəri şirkətin səhmlərinin 7 faiz düşməsinə səbəb olub.

Dünən Cobs Apple şirkətinin idarə heyətinə və Apple icmasına bildirib ki, o, artıq tutduğu vəzifənin öhdəsindən gəlmək iqtidarında deyil.

Stiv Cobs 2003-ci ildən xərcəng xəstəliyindən əziyyət çəkir və 2009-cu ildə onun qaraciyəri dəyişdirilib.

Apple hazırda dünyanın ən dəyərli texnologiya şirkətidir. Şirkətin bəxti siyasətini personal kompyuterlərdən çox iPhone və iPad kimi yeni növ texnologiyalar üzərində qurmasından sonra gətirib.