Apple yeni iPhone6 telefonunun təqdimatına hazırlaşır

Dünyanın üçüncü ən böyük mobil telefon istehsalçısı olan Apple şirkəti yeni iPhone6 telefonunun təqdimatının sentyabrın 9-da Kalifornayda Kupertinoda keçiriləcəyini elan edib.

Texnologiyaya dair veb səhifələr iPhone6 telefonunun ekranının daha böyük olacağı haqda məlumatlar verib. Hazırkı telefonlardakı 10 santimetr ölçüdə ekranın 12 santimetr olacağı deyilir.

Texnologiya veb səhifələri həmçinin sağlamlığa və internetə qoşulmuş cihazlara nəzarət etmək üçün iWatch smart cihazı haqda da məlumat verib. Məlumatlar doğrudursa, bu, Apple şirkətinin 2010-cu ildən sonra ilk yeni məhsulunu təqdim edəcəyi deməkdir.

Apple şirkəti son 4 ildə iPhone, iPad, iPod və Mac kompyuterlərinin təkmilləşdirib, onlara yeni funksiyalar əlavə edib. Bu isə investorlar arasında şirkətin 2011-ci ilin oktyabrında Stiv Cobsun dünyasını dəyişməsindən sonra yeni ideyalara malik olmadığı ilə bağlı narahatlıqların yaranmasına gətirib çıxarıb.