Apple şirkəti iPhone və Mac cihazlarını haker hücumlarına həssas edən çip qüsuru problemini aradan qaldırır

Apple şirkəti iPhone, iPad və Mac modellərində istifadə edilən Safari veb-brauzeri üçün patç hazırlayacaq. Bu qərar cümə axşamı, aparıcı çip istehsalçısının hər kompüter cihazını hakerlərin hücumuna həssas edən qüsür haqqında məlumat verməsindən sonra elan edilib.

Çərşənbə günü Google şirkətinin nümayəndələri və digər təhlükəsizlik təhqiqatçıları Intel şirkətinin çiplərinə təsir edən Meltdown adlı qüsür və son 10 il ərzində istehsal edilən bütün kompüter çiplərinə təsir edən Spectre adlı qüsür haqqında məlumat yayıblar. Bu xəbər Intel şirkətinin səhmlərini aşağı düşməsinə səbəb olub.

Vebsəhifəsində yerləşdirilmiş elanda Apple şirkəti bildirib ki, bütün Mac və iOS əməliyyat sistemindən istifadə edən cihazları həm Meltdown, həm də Spectre qüsurların təsirində ola bilərlər. Şirkət əlavə edib ki, əməliyyat sisteminin Mac kompüterləri, Apple TV, iPhone və iPad üçün sonuncu versiyaları Meltdown hücumundan qorumaqla yanaşı, cihazların sürətinə heç bir təsir göstərmir. Meltdown qüsuru Apple Watch saatlarına təsir göstərmir.

Buna baxmayaraq, Mac və iOS cihazları Spectre hücumlarına həssasdır. Həmin qüsur veb-brauzer vasitəsilə cihaza müdaxilə edə bilər. Apple şirkəti bildirib ki, yaxın günlərdə bu problemi aradan qaldırmaq məqsədilə Safari veb-brauzeri üçün xüsusi patç buraxacaq.