Apollo-Soyuz test proyektinin və Rayt qardaşlarının təyyarəsinin qorunduğu muzey
Your browser doesn’t support HTML5
Habbl teleskopunun bir nüsxəsini, Apollo-Soyuz test proyektini, Rayt qardaşlarının hazırladığı ilk təyyarə, ümumiyyətlə aviasiya və kosmonavtika tarixinin eksponatlarını ABŞ-da yalnız bir məkanda - Smithsonian Milli Aviasiya və Kosmonavtika Muzeyində izləmək olar. Bura Amerikada 2-ci ən çox ziyarət edilən muzeydir. 2018-ci ildə bura 6.2 milyon ziyarətçi baş çəkib. Qeyd edək ki, muzeyə giriş pulsuzdur.