Fevralın 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Əlzamin (Zamin) Salayevin inzibati həbsi ilə bağlı məhkəmə qərarından şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Salayev qanunsuz həbs olunması, Səbail rayonu Polis İdarəsinin 8-ci Polis Bölməsində işgəncəyə məruz qalması, bədəninə "tok" verilməsi barədə danışıb.
SEE ALSO: Milli Şura müxalifət fəalına qarşı işgəncələri pisləyirVəkili Cavad Cavadov AXCP üzvləri Nicat Abdullazadə və Ceyhun Novruzovun məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət verib. Onun sözlərinə görə, Əlzamin Salayev həbs olunarkən onlar birlikdə olub. Bu şəxslər Salayevin necə həbs olunduğunu görüb.
Salayevin özü deyib ki, hansı şəraitdə saxlanılması polis bölməsində tərtib olunmuş protokolda və məhkəmə qərarında təhrif olunub.
Hakim şahidlərin dindirilməsi barədə vəsatəti təmin etməyib.
Daha sonra Salayev polis bölməsində işgəncələrə məruz qalması barədə ətraflı izahat verib. O bildirib ki, işgəncələr məhkəmədə qərar çıxarılandan sonra olub. Məhkəmədən onu Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə qaytarıblar. O, bölmədə şəxsən rəis və müavinlərinin göstərişi və iştirakıyla ağılasığmaz işgəncələrə, insan ləyaqətini alçaldan rəftara məruz qaldığını deyib.
"İşgəncələrin fəsadları hələ də bədənimdə qalır. Sonradan məni müayinə ediblər, müalicəm indi də davam edir. Əməliyyat olunmalıyam," Salayev qeyd edib.
Bu zaman vəkil işgəncələrlə bağlı araşdırılma aparılması barədə vəsatət qaldırıb. Lakin hakim bu vəsatəti də təmin etməyib.
SEE ALSO: AXCP-nin qadın fəalları etiraz aksiyası keçiribAXCP-nin Salyan rayon təşkilatının fəalı Əlzamin (Zamin) Salayev Salyan rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovun 21 yaşlı gənc qızı zorladığını iddia edib. Daha sonra Əlzamin Salayev yanvarın 13-də Bakının Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Salayev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq) ilə ittiham olunub. O polis bölməsində ağır işgəncələrə məruz qaldığını bildirib.
Yanvarın 23-də Milli Şura Salayevin Səbail rayon Polis İdarəsində və bu idarənin 8-ci Polis Bölməsində ağır işgəncələrə məruz qalması ilə bağlı bəyanat yayıb. Əlzamin Salayevin ağır işgəncələrə məruz qalması ilə bağlı özünün yazdığı iddia edilən əlyazmanın surəti isə sosial şəbəkələrdə yayılıb.
Yanvarın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup qadın üzvü Əlzamin Salayevin həbsinə və işgəncələrə məruz qalmasına etiraz olaraq Bakının mərkəzində etiraz aksiyası keçirib.
Öz növbəsində, Daxili İşlər Nazirliynin mətbuat xidmətinin rəisi Ehsan Zahidov işgəncələrlə bağlı deyilənləri təkizb edib.
“Salayevin polislər tərəfindən döyülmə xəbəri uydurmadır. Bu, həqiqət olmayan xəbərləri o adamlar yayır ki, xalqı qorumaqla yox cinayətkarları müdafiə etməklə məşğuldur və bunu özlərinə peşə seçiblər. Onların dediklərin hamısı uydurmadır. Zamin Salayev paytaxtın Səbail rayonunda sərxoş vəziyyətində ictimai asayışı pozmağa yönəlik hərəkətləri edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə barəsində toplanmış matetiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub," o qeyd edib.