Apellyasiya Məhkəməsi jurnalisti həbsdə saxlayıb

Polad Aslanov

İyunun 25-də Bakı Apellyasiya Məhkəməsi "xeberman.com" saytının təsisçisi və redaktoru Polad Aslanovun şikayətini təmin etməyib, jurnalisti həbsdə saxlayıb.

Aslanov dövlətə xəyanətdə ittiham olunur. Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, o özünü günahkar saymayıb.

SEE ALSO: Gülmirə Aslanova: Polad Aslanovun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır

Proses zamanı Polad Aslanov bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı yazıların dərcinə görə təqib olunur.

Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə əlaqədar onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyir və hesab edirlər ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır.