Aparıcı neft ölkələri hasilatın azaldılmasına razılaşıblar

Rusiyanın enerji naziri Aleksandr Novak, Səudiyyə Ərəbistanının enerji, sənaye və mineral resurslar naziri Xalid Əl Falih və Birləşmiş Ərəb Əmirliklərinin enerji naziri Süheyl Məhəmməd Əl Məzrui.

OPEC və Rusiya başda olmaqla digər neft ölkələrinin hasilatın azaldılması qərarından sonra cümə günü neftin dəyəri kəskin şəkildə artmağa başladı.

OPEC ölkələri və Rusiyanın rəhbərlik etdiyini koalisiya kollektiv olaraq gündəlik qlobal neft hasilatını 1.2 milyon barrel həcmində azaltmaq qərarı verib. Bu barədə OPEC prezidenti Süheyl Məhəmməd Əl Məzrui bildirib.

İki gün davam edən danışıqlardan sonra Səudiyyə Ərəbistanı və digər OPEC ölkələri gündəlik hasilatı 800 min barrel həcmində azalda biləcəklərini bildiriblər. Qeyri-OPEC ölkələri də öz növbələrində gündəlik hasilatı əlavə 400 min barrel həcmində azaldacaqları ilə bağlı razılığa gəliblər.

İran, Venesuela və Liviyaya kimi OPEC ölkələrinə şamil edilməyən qərar yanvar ayında qüvvəyə minəcək və növbəti altı ay ərzində davam edəcək.

Bu saziş Rusiyanın qlobal neft bazarında malik olduğu yeni təsir gücünü və Rusiyanın OPEC-in de fakto lideri Səudiyyə Ərəbistanı ilə alyansının əhəmiyyətini nümayiş etdirir.

Neft hasilatçıları son vaxtlar neft dəyərinin sabitləşdirilməsi üçün istehsalın azaldılması ilə bağlı təzyiq altında idilər. Son bir neçə ay ərzində neftin qiyməti kəskin aşağı düşməsi müşahidə edilirdi. Oktyabr ayından etibarən neftin qlobal bazar dəyəri 30 faizə yaxın aşağı düşüb.

ABŞ prezidenti Donald Trampın mövcud neft hasilatı həcminin saxlanılması ilə bağlı təzyiqlərinə baxmayaraq, hasilatın azaldılması ilə bağlı razılıq əldə edilib.

2017-ci ildən bəri neft hasilatında artım mövcud olub. Artımın əsas səbəbi 2016-cı ildən etibarən ABŞ-ın gündəlik neft hasilatını 2.5 milyon barrel həcminə qədər artırması hesab edilir. Hasilatın artımı ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı etdi.

“Dünya yüksək neft qiyməti görmək istəmir və buna ehtiyac duymur.” – deyə çərşənbə günü Tramp Twitter hesabında qeyd edib.