AŞPA prezidenti Azərbaycanda parlament seçkilərinin demokratik keçiriləcəyinə ümid edir

AŞPA prezidenti Azərbaycanda parlament seçkilərinin demokratik keçiriləcəyinə ümid edir

Mövlud Çavuşoğlu Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu Azərbaycana səfəri ilə bağlı mətbuat konfransı keçirib.

O səfər zamanı Azərbaycanın Avropa Şurasının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müzakirələr apardığını deyib. “AŞPA Azərbaycanın ən yaxşı hədiyyəsi payızdakı keçiriləcək seçkilərin demokratik və şəffaf olmasıdır. Görüşdüyüm rəsmi şəxslər seçkilərin demokratik keçiriləcəyini bildirir”.

Cənab Çavuşoğlu səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını da diqqətə çatdırıb. “Avropa Şurası Parlament Assambleyası sülh prosesinə töhfə vermək üçün Alt Komitəni təşkil edəcək”.

Suallara cavabda cənab Çavuşoğlu “Müsavat” partiyasının bu gün Bakıda keçirmək istədiyi piketə polisin müdaxiləsinə də toxunub. “Sərbəst toplaşmaq azadlığına hörmət olunmasını vacibdir. Ancaq sərbəst toplaşmaq azadlığı qanunlar çərçivəsində gerçəkləşməlidir”.

Görüşlərdə məhbus bloqçular Emin Milli və Adnan Hacızadənin məsələsinə diqqət yönəltdiyini deyən AŞPA prezidenti bu işdə irəliləyiş gözlədiyini vurğulayıb.