Antarktida Lifli Optika

Baza düşərgəsi McMurdo Buz Şelfi olan 200 metr qalınlığında buz şelfinin üzərində yerləşir.  Şelf hazırda bir kilometr dərinliyi olan okean nöqtəsində üzür. (David Holland)

900 metr uzunluğunda kabellər yenicə inşa edilmiş buruq quyusu vasitəsilə okeana salınır (sağda). İkinci buruq quyusu ağ qazma çadırında yeni inşa edilməyə başlanıb (arxada solda). (Viktor Zaqorodnov)

Cambodian police officers hold a python before handing it to members of the NGO WildAid, after it was recovered from smugglers, in Kandal province, outside Phnom Penh.

Giriş buruq quyularının qazılması zamanı çıxarılan McMurdo Buz Şelfinin nümunəsi. (David Holland)  

Okeanın bir neçə metrlik qatına daxil olmaq üçün yüngül buzdeşən qurğudan istifadə olunur. Sonradan okeanın əlavə bir neçə metrini yarmaq üçün kiçik termal əridici qurğu işə salınır. (David Holland)

Buruq quyusundakı okean suyu donmadan öncə lifli optik və təzyiq sensoru kabelləri sürətli şəkildə okeandakı çuxura endirildi. Kabellər çuxura yerləşdirildikdən sonra, onlar lazer, detektor, məlumat qeydiyyatı və peyk rabitə cihazından ibarət olan yerüstü cihazlara qoşuldu. (Viktor Zaqorodnov)  

Bütün avadanlıqlar və düşərgə ləvazimatları McMurdo stansiyasından buz şelflərinin üzərindən xizək və qar maşını vasitəsilə daşınır. (Viktor Zaqorodnov)  

Qışdan öncə əraziyə son baxış. Yay aylarında cihazlar günəş panelləri (qar maşının önündə görünür), qışda isə eksperimental külək enerjisi ilə işləyir. Gündəlik peyk məlumat linki daxil olmaqla, bütün yerüstü cihazlar 8 vattla işləyir ki, bu, bir hamam lampasının işlətdiyi enerjiyə bərabərdir. (Skot Tayler)

Skot Tayler lifli optik kabellərlə temperatur məlumatlarına nəzarət edir. (Viktor Zaqorodov)