Anqolanın dövlət Sonangol neft şirkəti İranın nüvə proqramına qarşı sanksiyalara görə o ölkədəki təbii qaz layihəsini geri götürür. Sonangol şirkətinin nümayəndəsi Mateus de Brito bu gün jurnalistlərlə görüşü zamanı BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyalardan sonra bu ölkə ilə iş birliyinin davamlılığının mümkün olmayacağını deyib. Anqolanın paytaxtı Luandada çıxış edən cənab Brito lahiyənin İrandan çıxarılma prosesinin artıq başladığını deyib.