Anonim kibernetika hücumlarında əli olanlar həbs edilib

Anonim kibernetika hücumlarında əli olanlar həbs edilib

İnterpolun bildirdiyinə görə, Avropa və Cənubi Amerika boyu anonim kibernetika hücumlarında əli olmaqda şübhəli bilinən 25 nəfər həbs edilib. Agentliyin bu gün verdiyi açıqlamada keçən ilin fevral ayından bəri axtarışda olan şəxslərin 17 ilə 40 yaşları arasında olduğu deyilir. Rəsmilər 15 şəhərdə 250 kompyuter və mobil telefonun müsadirə edildiyini bildirilir.

İspaniyada həbs edilən 4 nəfər siyasi partiyaların veb səhifələrini dağıdıb.

Bir nəfərin İspaniya və Latın Amerikasında anonim kompyuter əməliyyatları apardığına görə həbs edildiyi, digərləri Argentina, Çili və Kolumbiyada həbs edildiyi bildirilir. Onlar Kolumbiyanın müdafiə nazirliyi və Çilinin elektrik şirkəti, habelə milli kitabxananın veb səhifələrini hədəf alıb.