Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib

Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edilib

Rusiya 2006-cı ildə hökuməti tənqid edən jurnalist Anna Politkovskayanı qətlə yetirməkdə şübhəli bilinən Rüstəm Mahmudovun həbs edildiyini bildirib. Rusiya İstintaq Komitəsinin sözçüsü Vladimir Markin Mahmudovun Çeçenistanda həbs edildiyini və sorğu-sual üçün Moskvaya aparılacağını deyib.

Beynənxalq ictimaiyyət Politkovskayanı insan haqlarının pozulması, Çeçenistanda və digər bölgələrdə korrupsiya, Qafqazdakı yaraqlı İslamçıların qətlləri ilə bağlı “Novaya Qazeta”da dərc etdiyi məqalələri ilə tanıyırdı. O, eləcə də Kremlin və Çeçenistan lideri Ramzan Kadırov siyasətinin kəskin tənqidçisi idi. Anna Politkovsyata 2006-cı ilin oktyabr ayında yaşadığı evdə qətlə yetirilmişdi.