Vaşinqton- Ankara münasibətləri [Təhlil]

Türkiyənin baş naziri ABŞ-ı Yaxın Şərq siyasətinə görə tənqid edib. Rəcəb Tayyib Ərdoğanın İsrailin Qəzzadakı əməliyyatlarını Hitlerlə müqayisə etməsi Vaşinqtonla Ankara arasındakı münasibətlərə soyuqluq gətirib.

Qəzza

Keçən il Ərdoğanın etiraz aksiyaları iştirakçılarına qarşı təzyiqləri onun prezident Barak Obama ilə əlaqələrində gərginliyə səbəb olmuşdu.

“Milliyet” qəzetinin siyasi təhlilçisi Əsli Aydıntaşbaşın dediyinə görə, Ərdoğanın İsrail əleyhinə retorikaları münasibətlərə daha bir zərbədir.

Bu yaxınlarda Türkiyənin baş naziri müsahibələrinin birində prezident Obama ilə heç bir şəxsi əlaqəsi olmadığını qeyd etmişdi. O, ABŞ-ın tənqidlərini rədd edərək, Vaşinqtonun İsrailin özünümüdafiəsinə haqq qazandırmaqla tənqid edilməli olduğunu bildirmişdi.

Bu həftə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf deyib ki, İsrail əleyhinə bəyanatları Türkiyəyə baha başa gəlir. "Bu kimi bəyanatların beynəlxalq dialoqda yeri ola bilməz. Bu kimi bəyanatlar Türkiyənin dünyadakı rolu və nüfuzuna mənfi təsir bağışlayır."

Lakin NATO-nun üzvü kimi Türkiyənin İran, İraq və Suriya ilə ortaq sərhədləri bölüşməsi onun ABŞ-ın müttəfiqi kimi mühümlüyünü qoruyur.

Türkiyə Amerikaya lazımdır

Təhlilçi Aydıntaşbaşın dediyinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu və ABŞ dövlət katibi Con Kerri arasında diplimatik səviyyədə əməkdaşlıq davam etdirilir. "Əlbəttə, Türkiyə Amerikaya lazımdır. Xüsusilə də İncirlik hava bazası. Regional təhlükələrlə üzləşən Amerikanın Türkiyəyə ehtiyacı olacaq."

Ekspertlər hesab edir ki, ABŞ və Avropa ölkələri cihadçılar birliyinin İraq və Suriyadakı təhlükəsinə görə Türkiyə ilə əməkdaşlığa yol axtarır.

​Karneqi Sülh Fondunun Avropa şöbəsindən Sinan Ülgen Ərdoğanın seçkilərə 6 ay qalmış anti-İstrail retorikaları dindar mühafizəkarların onu dəstəkləməsinə yardım edəcəyini deyir. "Ərdoğan prezident seçilsə beynəlxalq imecini dəyişməyə çalışacaq. O, son il itirdiyi etibarını bərpa edəcək."

Digərləri isə Ərdoğanın İsraillə bağlı baxışlarının onun seçkilərdəki uğurunu kölgə altına aldığını düşünür. Lakin eyni zamanda Türkiyənin strateji əhəmiyyəti Ərdoğanın güclü diplomatik aləti hesab edilir.