İlk dəfə olaraq urmiyəli gənc rəssam Ramin Abudullazadə Türkiyənin paytaxtı Ankarada “Güney Azərbaycan” rəsm sərgisi keçirilib.
Rəssam Ramin sərginin məqsədini belə izah edib: “Mənim hədəfim bu sərgidə Güney Azərbaycanı Türkiyə və dünya icitmaiyyətinə tanıtmaqdır”.
Ankarada Hacettepe Universitetinin incəsənət tələbəsi Ramin Abdullazadə güneylə bağlı çəkdiyi rəsm əsərlərini iyunun 16-dan18-dək nümayiş etdirib.
Sərgidə Güney və Quzey Azərbaycan siyasi və tanınmış şəxsiyyətlərinin portretləri, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Atatürk, Əbulfəz Elçibəy, Babək Xürrəmdin, Şəhriyar, Səid Mətinpur və digərlərinin rəsmləri nümayiş etdirilib.