ABŞ-da uşaqlar üçün cizgi filmləri seminarları keçirilir [Video]

Your browser doesn’t support HTML5

Artıq on illərdir ki, cizgi filmləri həm uşaqları, həm də böyükləri cəlb edir. Əgər cizgi filmləri əvvəllər əllə çəkilirdisə, indi kompyuterlə manipulyasiya edilir.

Əlbəttə, bu Oskar mükafatına layiq görüləcək filml deyil, lakin Evan özünün ilk cizgi filmindən razıdır. “Mən bir çox kompyuter siniflərinə getmişəm, lakin heç vaxt ağlıma berlə bir iş görmək gəlməmişdi.”

Bu sinifdəki uşaqlar cizgi filmlərinin nə qədər ağır iş olduğunu təsəvvürlərinə belə gətirməzdilər. Lakin təlimçi Stiv Stors deyir ki, uşaqlar bünü öyrənə bilər. “Bu kimi seminarların məqsədi tələbələrə cizgi filmlərinin əsaslarını anlamağa imkan yaratmaqdır."

Stiv Stors deyir ki, cizgi filmləri studiyasında şagirdlərə softveyr və texnikadan istifadə etməyə imkan verilir. Bu gün onlar şar şəkli çəkib onu hərəkət etdirməyi öyrədirlər. “Mənim fikirmcə bu şar cizgisini onlar çox tez qavradılar və yeni fikirlər də irəli sürə bilirlər.

Skot: “Şar böyüyür və hərəkət etməyə başlayır. Mən bu proqram üzərində bir az da dayanmaq istəyirəm ki, görüm daha nə edə bilərəm.”

Bu seminarlar yerli kitabxana tərəfindən təşkil edilir. Kitabxanaçı Stiv Barker cizgi filmlərinin əsaslarını tədris etməklə şagirdlərin kompyuterlərindən daha səmərəli istifadə etmələrinə yadım edirik. “Mənim fikrimcə uşaqların çoxu kompyuterlərdə zorakılıq, atışma kimi oyunlar.oynayır. Lakin cizgi filmləri onlara özlərini ifadə etməyə yardım edir.”

YouTube-a yerləşdirdiyi qısametrajlı cizgi filmində Stiv Stors deyir ki, o, tədrisin sonunda şagirdlərin öz cizgi filmlərini yarada biləcəklərinə ümid bəsləyir. “Onlar insanların necə hərəkət etdiyini stimulyasiya etsələr onda cizgi filmlərinin əsas prinsiplərini öyrənə bilərlər, çünki adi gediş bu prinsipləri özündə ehtiva edir"

Bu seminar gələcəyin cizgi film ustaları üçün ilk addım ola bilər.