ANAMA Əfqanıstanda 15 min maarifləndirici ədəbiyyat yayıb, min nəfər müəllimə təlim keçib. Azərbaycanın işğalda olan 500 milyon kvadrat metr ərazisində partlamamış mina və döyüş sursatı var.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov Amerikanın Səsi radiosuna müsahibəsində ölkə ərazisində cəbhə bölgəsində çoxsaylı partlamamış mina və hərbi sursat olduğunu bildirib.
Onun sözlərinə görə, cəbhə zonasından əlavə keçmiş Sovet ordusunun çoxsaylı poliqonları və silah-sursat anbarlarının ərazilərində partlamamış minalar, döyüş sursatları qalmaqdadır. “Sovet ordusu bu əraziləri çox bərbad vəziyyətdə, yandırılmış halda qoyub gedib. ANAMA 2003-cü ildən başlayaraq həmin ərazilərin təmizlənməsi işlərinə də başlayıb. Öncə Saloğlu sursat anbarının ərazisi təmizlənib. İndi isə Ceyrançöl poliqonun 60 milyon kvadrat metr ərazisində minatəmizləmə işləri başlanıb. Bura tank və təyyarə poliqonu olub, böyük mina sahələri var. Çox çirklənmiş ərazidir”.
Cənab İsmayılovun sözlərinə görə, həm Saloğlu, həm də Ceyrançöl ərazilərindən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri keçir. “Bu baxımdan ərazilərinin təmizlənməsi beynəlxalq enerji təhlükəsizliyinə töhfədir”.
ANAMA direktoru indiyədək cəbhə bölgəsində 19 min hektar torpağın minalardan təmizləndiyini bildirib. “Bu ərazilər yaxın 3-4 ildə bütövlükdə təmizlənib hökumətə təhsil veriləcək”.
Bundan başqa, Azərbaycanın Ermənistanın işğalında olan təxminən 500 milyon kvadrat metr ərazisində partlamamış mina və döyüş sursatı var. “Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərin təmizlənməsi üçün 10-12 il vaxt lazımdır”, - o qeyd edib.
Cənab İsmayılov Azərbaycanın qeyri hərbi sahədə Əfqanıstan hökumətinə yardım etdiyini deyib. “ANAMA Əfqanıstanda milli və idarəetmə potensialının yaradılmasına kömək edir. Əfqanıstanda minatəmizləmə əməliyyatlarına il ərzində 100-120 milyon dollar vəsait xərclənir, amma əsas işləri əcnəbilər görür. Əfqanıstan təmizləmə işlərini milli potensial vasitəsi ilə həyata keçirmək məqsədi ilə Minatəmizləmə Departamenti yaradıb. Bu departamentin əməkdaşlarına Azərbaycanda təlimlər keçilir. Biz həm də departamentin təşkilində onlara yardım edəcəyik”, - deyə İsmayılov bildirib.
Onun sözlərinə görə, Əfqanıstanda bir milyondan çox insan mina partlaması nəticəsində həlak olub və ya ziyan çəkib. “Qurbanların əksəriyyəti uşaqlardır. Bu səbəbdən ANAMA Əfqanıstanda uşaqlar üçün dari və puştun dillərində maarifləndirici ədəbiyyatlar yayıb. Azərbaycan hökumətinin ayırdığı 280 min dollar müqabilində 15 min kitab çap olunub paylanıb. Amma, bu çox azdır, ölkənin 5 faiz məktəblərini əhatə etmir. Əfqanıstan hökuməti ədəbiyyatların tirajının artırılmasını Azərbaycan hökumətindən xahiş edir. ANAMA həm də bu ölkədə min nəfər müəllimə maarifləndirici təlim keçib”.
Əfqanıstanda 612 min kvadrat kilometr mina və döyüş sursatları ilə çirklənmiş ərazilər var.
Your browser doesn’t support HTML5