Aprelin 23-ü Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Zərdab, Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkarlanan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat açıqlayıb.
Hesabata görə, Zərdab rayonunda 1 ədəd taktiki siqnal minası məhv edilib.
Tərtər rayonunda 6 ev və həyətyanı sahə, 10 partlayış yerinə baxış keçirildiyi bildirilir. Nəticədə 3 ədəd partlamamış “Qrad” mərmisinin hissələrinin aşkar edildiyi deyilir.
Hesabatda qeyd edilir ki, Ağdamda 2 ədəd piyada əleyhinə mina işarələnib.
Samuxda 3 ədəd OFAB-50 (partlayış dalğalı və qəlpəli aviabomba) aviabomba, 618 ədəd 12.7 mm.-lik kiçik çaplı mərmi aşkar edildiyi bildirilir.
Hesabatda deyilir ki, ümumilikdə, agentlik aprelin 7-dən 23-nə kimi 763 ədəd partlamamış hərbi sursat və 6 ədəd piyada əleyhinə mina aşkar edərək, zərərsizləşdirib.