İranda ötən həftədən bəri ana dili ilə bağlı qızğın müzakirələr media və siyasi-mədəni şəxsiyyətlər arasında davam etməkdədir.
Ana dilində təhsil haqqına qarşı ən sərt mövqe Fars dili və Ədəbiyyatı Akademiyası tərəfindən bildirilib.
Yarı-rəsmi Mehr xəbər agentliyinə istinadən, Fars dili və Ədəbiyyatı Akademiyasının ötən günlərdə keçirdiyi toplantısında ana dilində təhsil məsələsinin gündəmə çıxması xarici dövlətlər tərəfindən planlaşdırılmış bir konspirasiya kimi dəyərləndirilib.
Ana dili debatları prezident Həsən Ruhaninin İranın qeyri-fars etnik qruplar və dini azlıqlarla bağlı məsələləri üzrə yardımçısı Əli Yunesinin ötən həftə bu mövzü ilə bağlı yaydığı açıqlamalardan sonra meydana çıxıb. Yunesinin İran mediasında yayılmış söhbətlərində ana dilində təhsil məsələsinin hökümət içərisində müzakirə olunmasına işarə edilmişdi.
İranda qeyri-fars əhalinin öz dilində təhsil almaq haqqını müdafiə edən qruplar Əli Yunesinin mövzu ilə bağlı konkret danışmadığını qeyd edirlər.
Qeyri-fars dillərdə təhsil məsələsinə qarşı çıxan Tehran millət vəkili Zöhrə Təbibzadə ana dilində təhsil ilə bağlı verilən vədlərin populist sözlər olduğunu və muxtəlif etnik qrupları razı salmaq üçün söylənildiyini irəli sürüb.
Əli Yunesinin açıqlamaları konkret olmasa da, Fars dili və Ədəbiyyatı Akademiyasının sərt təpki göstərməsinə səbəb olub.
“Akademiyanın əksər üzvləri bu yaxınlarda gündəmə çıxmış vilayətlərdə dövlət tərəfindən ana dillərinin tədrisinin əleyhinədir. Fars dili və Ədəbiyyatı Akademiyasının üzvləri ana dilində təhsil mövzusunu fars dilinə ciddi bir təhdid və bu dilin önəmini azaltmaq istiqamətində bir konspirasiya kimi görürlər,” deyə Mehr yazıb.
Akademiyanın sərgilədiyi sərt mövqe qeyri-fars şəxslər və qruplar arasında geniş etirazlar doğurub.
Türk dilində təhsil haqqını müdafiə edən bəzi Azərbaycan fəalları isə akademiyanın bu təpkisini normal dəyərləndirib. “Onlardan belə sözləri eşitmək çox da gözlənilməz deyildi. Bu qurumlar hər zaman irqçi düşüncələr əsasında məsələlərə yanaşıblar,” deyə Günaz TV veb səhifəsində qeyd edilib.
Ana dili ilə bağlı müzakirələr İran mediası və ictimai şəbəkələrdə davam etməkdədir.