Özünün “Amy” (Emi) sənədli filmində rejissor Asif Karadia caz ulduzu Emi Uaynhausun yüksəlişindən və enişindən danışır. Evdə çəkilən gülməli videolar, dostları və müxtəlif rejissorların çəkdiyi materiallardan və müsahibələrdən istifadə edən Karadia filmində məşhur ulduzun hərtərəfli portretini yaradıb.
Evdə çəkilən bu videoda Eminin 14 yaşı var və o artıq cır, lakin bal kimi yayılan səsi ilə mahnı oxuyur. Lakin Karadianın bu sənədli filmində görürük ki, Emi məşhur bir müğənni olacağını ağlına belə gətirmir.
Emi deyir ki, o heç vaxt məşhur olmayacaq, o bunun öhdəsindən gələ bilməz. Emi Uaynhausun gənc musiqiçi kimi qayğısız günlərindən başlayan rejissor daha sonra müğənninin 2011-ci ildəki ölümünədək keşməkeşli günlərini canlandırır. 27 yaşına çatanda Emi alkoqol zəhərlənməsindən dünyasını dəyişir.
Karadia filmində Uaynhausun yüksəlişi və enişini müzakirə obyektinə çevirməyib. Əksinə o, Eminin dediklərini və fikirlərini onun dostlarında və ailəsindəki çox sayda video vasitəsilə çatdırır.
Bu film bizi Uaynhausun karyerasının çiçəkləndiyi dövrə də aparır. O, öz xarizması ilə cəlb edir. Müğənni fenomenal səsi və səhnədəki qeyri-adı görünüşü ilə insanı özünə valeh etməyə bilmir.
Emi Bleyk barədə belə deyir: “Mən uğrunda ölməyə hazır olduğum bir insana vurulmuşam”. Həm həyat yoldaşı, həm də narkotik maddə partnyoru olan Bleyklə həyat tezliklə iflasa yuvarlanmağa başlayır.
Sənədli filmdə qızının narkotik maddələrə aludəliyini inkar edən Eminin atası Mitçel Uaynhaus acgöz və kəmfürsət adam kimi təsvir olunur. O, birtərəfli olduğunu deyərək filmi tənqid edib. “Emi belə filmin çəkilməsini istəməzdir. O, belə görünmək istəməzdi,” deyə atası bildirib.
Müğənnini daim izləyən, onu rahat buraxmayan paparazzilər onu tədricən məhvə sürükləyir.
Kapadianın “Amy” filmi prəstişkarlara müğənnini bir daha görmək imkanı bəxş edir. Eyni zamanda o, Uaynhausun öz istedadının qurbanına çevrilməsində bir ironiya ortaya qoyur. Filmin başlıca hədəflərindən biri də populyar mədəniyyət və sevdiyi hər şeyi məhv edən ictimai voyerizmdir.