ABŞ-ın Bakıdakı səfirliyinin İqtisadiyyat və Ticarət Şöbələrinin rəhbəri Karter Vilbur Bakıdan kənarda fəaliyyət göstərən, dənizdə neft və qaz sənayesini dəstəkləyən "Seacor Cougar" gəmisinin kapitanı, ABŞ SEACOR Dəniz Donanmasının Azərbaycandakı filialı SEACOR AZ., MMC-nın direktoruna AMVER (ABŞ Sahil Mühafizəsi Avtomatlaşdırılmış Qarşılıqlı Yardım Gəmi Xilas Etmə) mükafatını təqdim edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, AMVER gəmi təhlükəsizliyi və xilasetmə proqramı dənizdə çətinliyə düşmüş şəxslər üçün yardım təşkil etmək məqsədilə dünyada istifadə olunan könüllü hesabat şəbəkəsidir. AMVER mükafatları AMVER proqramında iştirak etmək üçün könüllü olan gəmiləri dəyərləndirir. Yalnız 2015-ci ildə proqram 432 insan həyatını xilas etməyə kömək edib.
Mükafatlandırma mərasimində Karter Vilbur dənizdə həyat və mülkiyyətin təhlükəsizliyinin təşviqatına sədaqətinə görə "Seacor Cougar"ın yaxşı fəaliyyətini qeyd edib və fövqəladə hallarda hazır olmanın əhəmiyyətini vurğulayıb. "Seacor Cougar" Azərbaycanda yeganə 2016 AMVER mükafatı laureatıdır və onun AMVER proqramda könüllü iştirakı ABŞ-Azərbaycan arasında dəniz təhlükəsizliyi sahəsindəki əməkdaşlığın və Xəzər regionunda ABŞ-ın kommersiya fəaliyyətinin nümunəsidir.