Amos Hoxştayn: Avropa ölkələri üçün enerji təhlükəsizliyi iqtisadi və milli təhlükəsizlik deməkdir

Prezident İlham Əliyev fevralın 12-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynı qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Amos Hoxstayn jurnalistlərə bildirib ki, ABŞ-la Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir.

“Enerji təhlükəsizliyinin qorunması bu sahələrdən biridir”.

Cənab Hoxştayn Cənubi Qaz Dəhlizini Azərbaycan və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək üçün önəmli layihə hesab edir.

“Səfərim çərçivəsində bununla bağlı müzakirələr aparmışıq. Son vaxtlar baş verən olaylar onu göstərir ki, Avropada enerji təhlükəsizliyinin qorunması və bu işə təkan verilməsi əhəmiyyətli məsələyə çevrilib. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi bəzən iqtisadi və ya milli təhlükəsizlik deməkdir”.

O təchizat diversifikasiyasının önəmini vacib sayır.

“Yeni boru xətlərinin, marşrutların açılması ilə digər məqam gündəmə gəlir. Bu məqam Azərbaycan qazının Avropa dövlətlərinə çatdırılmasıdır. Yəni təchizat baxımından da şaxələndirmə olmalıdır. Biz Azərbaycanın bu sahədə layihə, təşəbbüs və yanaşmalarına müsbət yanaşırıq”, Amos Hoxstayn qeyd edib.