İnsan haqları qrupu Amnesty International-ın 2013-cü il hesabatına görə, dünya boyu edamların icra olunduğu ölkələrin siyahısında birinci yerdə Çin, ondan sonrakı yerlərdə isə İran, İraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar durur.
Amnesty International-ın əməkdaşı Audrey Gaughran keçən il İraq və İranda edam hökmlərinin xeyli artdığını deyir. “Bizim hesabata görə keçən il İranda 369 nəfər edam edilib ki, bu dərin narahatlıqlara səbəb olub. Biz inanırıq ki, bu ölkədə edam edilənlərin sayı daha çoxdur.”
Hesabatda keçən il İraqda 169 nəfərin edam edildiyi bildirilir. Somali də bu siyahıda yer alır ki, orada keçən il 34 nəfər edam edilib.
Audrey Gaughran edam hallarının əsasən Somalinin Pantland regionunda həyata keçirildiyini deyir. O, bu ölkədə edam edlənlərinin sayının gizlədildiyini düşündüyünü deyir.
Amnesty-nin yazdığına görə Çin həbsxanalarındakı məhbusların sayına görə orada minlərlə insan edam edilir. Bu ayın əvvəlində Çinin yüksək səviyyəli qanunvericisi Zanq Tayvey Pekinin cinayətkarlar arasında ölüm hökmü alanların sayının azaldılması məsələsinə baxacağını deyib. Onun sözlərinə görə, Cinayət Məcəlləsində dəyişilik bu ilki qanunvericiliyin gündəmində yer alıb və ölüm cəzalarının tədricən aradan qaldırılması nəzərdən keçiriləcək.
Lakin Audrey Gaughran Çinin edamla bağlı siyasətini gizli saxlamaqda davam etdiyini deyir.
Hesabatda bildirilir ki, 39 edam cəzası ilə Birləşmiş Ştatlar 2013-cü ildə 79 edam cəzası olan Səudiyyə Ərəbistanından sonra 5-ci yerdə gedir. ABŞ-ın farmakologiya təşkilatları edam üçün istifadə edilən dərmanları verməkdən boyun qaçıraraq, rəsmilərin bu sahədə başqa yollar aramalı olduqlarını deyirlər.