Amnesty İnternational bloger Cabbar Savalanı müdafiə aksiyası keçirib

Amnesty İnternational bloger Cabbar Savalanı müdafiə aksiyası keçirib

Etirazçılar Azərbaycan səfirliyinə təqdim ediləcək nəhəng poçt açıqcasına öz imzalarını atıb. Bu imzalar arasında rəssamlar Syu Vebsterin, Arun Nayarın, Keane rok qrupunun üzvü Riçard Xyusun, dizayner Patrik Koksun və başqalarının imzaları var.

Böyük Britaniyanın beynəlxalq aləmdə məşhur olan rəssam və dizaynerləri azərbaycanlı fəal Cabbar Savalanlının dərhal azadlığa buraxılmasını tələb ediblər. Xəbəri Turan Agentliyi Amnesty İnternationala istinadən yayıb.

Rəssam və dizaynerlər Londonda Cabbar Savalanlının müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyasına qatılıb. Aksiyanın təşkilatçısı Amnesty İnternational olub.

Etirazçılar Azərbaycan səfirliyinə təqdim ediləcək nəhəng poçt açıqcasına öz imzalarını atıb. Bu imzalar içində rəssamlar Syu Vebsterin, Arun Nayarın, Keane rok qrupunun üzvü Riçard Xyusun, dizayner Patrik Koksun və başqalarının imzaları var. Aksiya iştirakçıları Facebook-da yazılarına görə rəsmi Bakının həbsə aldığı Savalanlını vicdan məhbusu sayıb. C.Savalanlıya qarşı narkotik maddə ittihamı qurama adlandırılıb, həbsinə səbəb kimi isə ifadə azadlığı nümayiş etdirməsi göstərilib.

Məhkəmədə C.Savalanlının hüquqlarını müdafiə edən vəkil Anar Qasımovun da təzyiqlərə məruz qalması da xəbərdə yer alıb. Amnesty International rəsmi Bakının keçmişdə buna bənzər hadisələri, bu ilin əvvəlində həbsdən azad edilən jurnalist Eynulla Fatullayev də daxil olmaqla, tanınmış hökumət tənqidçilərinin üstündən guya narkotik maddə tapıldığı barədə iddiaları sənədləşdirməsinə diqqət çəkir və bundan narahatlıq ifadə edir. “Gördüyümüz kimi, Azərbaycanda kimsə hökumətə qarşı danışmağa cəhd edirsə, müntəzəm şəkildə cəzalandırılır. Elə Cabbar da belə cəzanın qurbanıdır. O, Azərbaycan hökumətinə tənqidi mövqeyini azad şəkildə ifadə etdiyinə görə həbsxanada cəza çəkir. Bu, onun insani haqlarının açıq şəkildə pozulmasıdır və buna görə Cabbar dərhal azad edilməlidir. Heç kim mövqeyini dinc şəkildə ifadə etdiyinə görə təqib oluna və həbs məruaz qala bilməz. Buna görə də Britaniyada tanınmış bu qədər şəxsin Cabbarın azad edilməsi çağırışına qoşulması bizi sevindirir”, - deyə Amnesty İnternational-ın Böyük Britaniya üzrə direktoru Keyt Allen qeyd edib.