İnquşetiyada Amnesty İnternationalın əməkdaşı qaçırılıb

Amnesty İnternational beynəlxalq insan haqları təşkilatının məlumatına görə, qurumun əməkdaşı İnquşetiyada qaçırılaraq döyülüb. Ona qarşı ölüm təhdidləri olduğu iddia olunur.

Onlar mənim başıma silah dayayaraq məni öldürəcəklərini bildirdilər.
Oleq Kozlovski

Oleq Kozlovski oktyabrın 5-dən İnquşetiyanın paytaxtı Maqasda işləyirdi. O, paytaxtdakı etirazları izləyirdi. Onun sözlərinə görə, şəhərə gəldiyindən bir gün sonra, oktyabrın 6-sı, onun mehmanxana nömrəsinə naməlum şəxs gələrək özünü nümayış təşkilatçılardan biri kimi təqdim edib. Onlar birlikdə mehmanxananı tərk edərək avtomobilə miniblər.

Kozlovskinin sözlərinə görə, onu şəhərdən kənara çıxardaraq çılpaq soyundurublar və bir neçə dəfə ölümlə təhdid ediblər.

“Onlar mənim başıma silah dayayaraq məni öldürəcəklərini bildirdilər. Kişilər özlərini yerli ekstremizmlə mübarizə mərkəzinin işçiləri kimi təqdim etdilər. Onlar məndən İnquşetiyadakı əlaqələrim barədə soruşdular və baş verənlər barədə kiməsə məlumat verdiyim halda həyat yoldaşımı və uşaqlarımı öldürəcəklərini bildirdilər”, Amnesty İnternational hüquq mühafizəçisindən sitat gətirib.

Kozlovski onu qaçıranlara heç nə söyləməyib. Onu Şimali Osetiyaya apararaq hava limanı yaxınlığında tərk ediblər.

Kozlovski İnquşetiyanı tərk edib, Amnesty İnternational isə Rusiyanın səlahiyyətli orqanlarına cinayətlə bağlı şikayət təqdim edib.

Oleq Kozlovski öz Twitter hesabında baş verənləri təsvir edib və bildirib ki, iş yoldaşlarının məsləhəti ilə o, hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasından kənardadır, lakın yaxın zamanda geri dönüb işini davam etməyi planlaşdırır.

İnquşetiya rəsmiləri öz növbəsində hadisə ilə bağlı heç bir açıqlama verməyib.

​Paytaxt Maqasda etirazlar bu ilin sentyabrında Çeçenistan və İnquşetiya sərhədlərində yerləşən Sunjen rayonundakı vəziyyətin gərginləşməsindən sonra başlayıb.

Hərbçilərin müdafiəsi altında olan çeçen inşaatçılar İnquşetiyanın milli qoruq ərazisində yol qurmağa başlayıblar və bu səbəbdən Sunjen rayonuna əks-terror rejimi tətbiq olunub.

Sentyabrın 26-sı İnquşetiya prezidenti Yunus-Bel Yevkurov və Çeçenistan lideri Ramzan Kadırov iki ölkə arasında sərhədlərə yenidən baxılması ilə bağlı sənədə imza atıblar.

Minlərlə nümayişçi paytaxt Maqasda İnquşetiya lideri Yunus-Bəy Yevkurovu sentyabrın 26-da çeçen həmkarı Ramzan Kadırovla regionlar arasında inzibati sərhəd haqqında imzalanmış sazişlə əlaqədar etiraz keçirir, 8 oktyabr, 2018-ci il

Oktyabrın 4-də İnquşetiya Respublikası Parlamentinin deputatları qanunun İnquşetiya Konstitusiya məhkəməsində mənfi cavab almasına baxmayaraq, razılıq sənədini qəbul edib. Məhkəmədə referendum olmadan razılaşmanın təsdiqinə qarşı çıxılıb.

Müqavilənin təsdiqləndiyi Milli Məclisin toplantısı Magasdakı kütləvi etiraz aksiyası zamanı baş verib. Sonradan bəzi millət vəkilləri səslərinin saxtalaşdırıldığını və razılaşmaya təkrar səs verməsini tələb etdiyini söyləyiblər.

Magas şəhərindəki etirazçıların bir hissəsi referendumun keçirilməsini və İnquşetiyanın maraqlarına xəyantən edərək Kadırov ilə müqavilə imzalayan İnquşetiya başçısı Yunus-Bek Yevkurovun istefasını istəyir.