Amnesty International BMT-ni İrana qarşı "qətiyyətli addımlar" atmağa çağırıb

AP-nin işçisi olmayan bir şəxs tərəfindən çəkilmiş və İrandan kənarda əldə edilən bu videoda polisin 26 oktyabr 2022-ci il, Tehranda Məhsa Əminin ölümünün 40-cı günü münasibətilə keçirilən etiraz aksiyasını dağıtmaq üçün gəldiyi göstərilir.

Amnesty International təşkilatı çərşənbə və cümə axşamı ən azı dörd vilayətdə azı səkkiz etirazçı və yas mərasimi iştirakçısınıın öldürülməsindən sonra cümə axşamı Birləşmiş Millətlər Təşkilatını İrana qarşı "qətiyyətli addımlar" atmağa çağırıb.

İranda etirazlar Məhsa Əmininin ölümündən sonra başlayıb.

"İran hakimiyyətinin etirazçılara qarşı odlu silahdan, o cümlədən həqiqi güllələrdən ehtiyatsız və qeyri-qanuni istifadə etməsi beynəlxalq hərəkətsizliyin faciəvi yüksək bədələnin olduğunu bir daha üzə çıxarır. BMT İnsan Haqları Şurasına üzv olan bütün dövlətlər indi qətiyyətli addımlar atmalı və daha çox insan tələfatının qarşısını almaq üçün dərhal İranla bağlı xüsusi sessiya təşkil etməlidir" – deyə, Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Heba Morayef bildirib.

Amnesty bildirib ki, çərşənbə və cümə axşamı İranın təhlükəsizlik qüvvələri Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah və Luristan əyalətlərində toplaşan etirazçılara və yas tutanlara qarşı odlu silahlardan, metal qranullardan və gözyaşardıcı qazlardan atəş açmaq da daxil olmaqla, qeyri-qanuni güc tətbiqini gücləndirib.

"BMT-nin İnsan Hüquqları Şurası İran hakimiyyətinə açıq şəkildə bildirməlidir ki, onların beynəlxalq hüquq çərçivəsində törətdikləri cinayətlər İrana qarşı müstəqil hesabat və hesabatlılıq mexanizmi yaratmaqla təhqiqatsız və ya cəzasız qalmayacaq" – deyə, Morayef qeyd edib.

"2017-ci ilin dekabrından 2018-ci ilin yanvarına qədər davam edən ümummilli etirazlardan sonra nümayişçilərin qanunsuz şəkildə öldürülməsinə baxmayaraq, belə bir mexanizmin qüvvəyə minməməsi İranda bu cür amansız faciələrin necə normallaşdığını göstərir" – deyə, o əlavə edib.

O, "Beynəlxalq ictimaiyyətin qurbanların ailələrinin və hüquq müdafiəçilərinin ədalət üçün fəryadlarını eşitməsinin çoxdan vaxtıdır" deyib.