Keçmiş Sovet İttifaqının bəzi yerlərində LGBT hüquqlarını müdafiə edənlər getdikcə daha çox düşmən münasibəti ilə üzləşirlər. Ayrıcalıq, homofobiya, Rusiyanın “qeyri-ənənəvi cinsi münasibətlərə” hücumları bu düşmənçiliyi daha da alovlandırıb. Bunu Amnesty International insan haqları təşkilatı dekabrın 22-də açıqladığı hesabatda deyir.
Hesabatda bildirilir ki, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda LGBT hüquqlarını müdafiə qrupları “güclənən diskriminasiya mühitiylə” üzləşirlər.
Bu dörd ölkədə lesbian, gey, biseksual, transgender və interseks fəalları uzun müddət idi diskriminasiya ilə üzləşirdilər, amma “Rusiyanın təsirinin miqyası və mediasının nüfuzunun güclənməsi” səbəbindən durum daha da pisləşib. Amnesty International-ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivoşeev belə deyib.
Onun sözlərinə görə, Rusiyanın LGBTI hüquqlarının Qərb dəyəri olması ideyasını yayması, bu hüquqların milli təhlükəsizliyə hədə sayması başqa yerlərə də təsir göstərir.
Hesabata görə, Rusiyanın yaxın tərəfdaşları olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda son illər LGBT hüquqlarına təzyiqlər güclənib.